Accessibility links

ABŞ Moskvada mümkün terror aktları təhlükəsi barədə xəbərdarlıq edib


Martın 7-də ABŞ-ın Rusiyadakı səfirliyi yaxın 48 saat ərzində Moskvada terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıq dərc edib.

"Səfirlik ekstremistlərin Moskvada böyük tədbirlərə, o cümlədən konsertlərə hücum planlaşdırması ilə bağlı xəbərləri izləyir. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinmələri tövsiyə olunur"- deyə, məlumatda bildirilir. Diplomatik missiya həmçinin yerli KİV-də xəbərləri izləməyi və ətrafdakılarla bağlı diqqətli olmağı tövsiyə edir.

"Vajnie İstorii" (“Mühüm hekayələr”) diplomatların terror aktları ehtimalını qaçılmaz olaraq dəyərləndirməsinə diqqət çəkib. "Müqayisə üçün qeyd edək ki, 2022-ci il fevralın ortalarında ABŞ səfirliyi Rusiyanın Ukraynaya təcavüzünü "qaçılmaz ola bilər" kimi qiymətləndirib. 2022-ci il fevralın 21-də ABŞ diplomatları Rusiyanın Ukraynaya müdaxiləsindən üç gün əvvəl öz səfirliklərini Kyivdən təxliyə etmişdilər", jurnalistlər qeyd ediblər.

“Kommersant” yazır ki, ABŞ Dövlət Departamenti Rusiyaya səyahət üçün təhlükə səviyyəsini maksimum dərəcəyə - dördə qaldırıb.

Böyük Britaniyanın Rusiyadakı səfirliyi öz X səhifəsində Amerika səfirliyinin mesajını dərc edərək, vətəndaşlara Rusiya Federasiyasına səyahət etməmək tövsiyəsini də xatırladıb.

8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün Moskvada müxtəlif tədbirlər, o cümlədən konsertlər, tamaşalar, sərgilər və master-klasslar nəzərdə tutulub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG