Accessibility links

Türklər ABŞ rəsmilərinə: Bizdə Xaşuqcinin öldürülməsinə dair video və audio sübutlar var


Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun qarşısında təhlükəsizlik əməkdaşları keşik çəkir. 11 oktyabr, 2018.
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun qarşısında təhlükəsizlik əməkdaşları keşik çəkir. 11 oktyabr, 2018.

The Washington Post qəzetinin verdiyi məlumata görə, Türkiyə rəsmiləri amerikalı həmkarlarına Səudiyyə Ərəbistanından olan jurnalist və rejim tənqidçisi Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə konsulluğunda öldürüldüyünü sübut edən videolara və audiolara sahib olduğunu bildirib.

Məsələdən məlumatı olan mənbənin qəzetə dediyinə görə, sübutlar Camal Xaşuqcinin konsulluq binasına daxil olduqdan sonra başına gələnlərə aydınlıq gətirir.

Siz onun və digər adamların ərəbcə danışqıdlarını eşidə bilirsiniz. Orada jurnalistin dindirildiyi, işgəncələrə məruz qaldığı və öldürüldüyü eşidilir.

​Yazının olmasından xəbəri olan şəxs bildirir ki, səsyazmada ərəbcə danışan Xaşuqcinin və digər kişilərin səslərini eşitmək olar. Orada jurnalistin dindirildiyi, işgəncələrə məruz qaldığı və öldürüldüyü eşidilir.

Digər məlumatlı şəxs Xaşuqcinin döyülməsinin eşidildiyini təsdiq edir.

Sübutların mövcudluğu Türkiyə rəsmilərinin hansı səbəbdən bü cür əminliklə Səudiyyə Ərəbistanını Xaşuqcinin qətlində ittiham etməsinə aydınlıq gətirir.

Türkiyə rəsmiləri ölkələrindəki xarici nümayəndəliklərin necə izlənilməsini faş etməmək üçün məlumatı ictimaiyyətə açıqlamağda ehtiyat göstərirlər.

ABŞ rəsmilərinin videoya baxdıqları yaxud audionu dinlədikləri bəlli deyil.

Camal Xaşuqci Səudiyyə kral vəliəhdi Məhəmməd bin Salmanı tənqid edirdi.
Camal Xaşuqci Səudiyyə kral vəliəhdi Məhəmməd bin Salmanı tənqid edirdi.

ABŞ və sıra başqa ölkələrin təhlükəsizlik agentliklərinin verdiyi məlumata görə, jurnalistin yoxa çıxmasından öncə 15 Səudiyyə təhlükəsizlik işçisi Türkiyəyə gəlib.

Xarici kəşfiyyat orqanları səudiyyəlilərin jurnalisti öldürmək deyil, qaçırmağı planlaşdırdıqlarını ehtimal etdiklərini deyirlər. Bəzi təsdiqlənməmiş məlumata görə, Xaşuqci Türkiyədən öz vətəninə şəxsi təyyarə ilə çıxarıla bilərdi.

Lakin The Washington Post qəzetinin mənbəyi jurnalistin məhz konsulluqda öldürüldüyünü və hadisə baş verdikdən sonra 15 səudiyyə təhlükəsizlik işçisi Səudiyyə Ərədistanı konsulunun evinə gedib. Həmin günü konsulun evində işləyən personalı vaxtından tez evə buraxılıb.

Səudiyyə Ərəbistanından qaçan və ABŞ-da yaşayış hüququ olan və The Washington Post qəzetinə məqalələr yazan Xaşuqçi oktyabrın 2-si Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb. O, konsulluğa nişanlısı Xədicə Cengizlə nikaha girmək üçün əvvəlki evlilikdən boşanma sənədi almaq üçün müraciət etmişdi.

Xədicə nişanlısını konsulluğun qarşısında 11 saata yaxın gözləsə də, o binadan çıxmayıb. Xədicə Cengiz onunla əlaqə yarada da bilməyib, konsulluğa girişdə Xaşuqcinin telefonu alınıb. Konsulluğa getməzdən əvvəl o nişanlısına binadan çıxmadığı halda Türkiyə prezidentinin məsləhətçisinə müraciət etməsini xahiş etmişdi.

Prezident Tramp Xaşuqci ilə bağlı baş verənləri "dəhşətli hadisə" adlandırıb və onun araşdırılacağına söz verib, lakin kiminsə üzərinə məsuliyyət qoymaqdan hələlik çəkinir.

Türkiyə polisi jurnalistin yoxa çıxması ilkə əlaqədar istintaq aparır. Onlar ABŞ-ın onlarla birləşərək Səudiyyə Ərəbistanına təsir göstərməlidir. Lakin ABŞ höküməti hələlik bu addımı atmayıb.

The Washington Post qəzetinin verdiyi məlumata görə, üç amerikan hərbi strukturu jurnalistin ABŞ vətəndaşı olmadığını və ABŞ ərazisindən kənarda yoxa çıxdığını bildirib. Bu səbəbdən FBİ-in onun itməsi ilə bağlı araşdırma aparmaq səlahiyyəti yoxdur. Lakin bununla belə, aqentlik bunu xarici ölkədən, məsələn Türkiyədən köməklə bağlı müəyyən müraciət olunduğu halda edə bilər.

Səudiyyə Ərəbistanına təsirə qaldıqda, ABŞ prezidenti Donald Tramp oktyabrın 11-də bildirib ki, ABŞ hər iki ölkə ilə istintaq aparır və jurnalistə qarşı mümkün cinayəti "dəhşətli hadisə" adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG