Accessibility links

"Bu, mənim evimdir" - Çernobıl təcrid zonasında həyat


"Bu, mənim evimdir" - Çernobıl təcrid zonasında həyat
please wait

No media source currently available

0:00 0:02:55 0:00

"Bu, mənim həyatımdır" - Çernobıl təcrid zonasında həyat

Çernobıl faciəsindən otuz səkkiz il sonra yüzlərlə insan uzun müddətdir fəaliyyət göstərməyən elektrik stansiyasını sökmək və onu əhatə edən 30 kilometrlik çirklənmiş təcrid zonasına nəzarət etmək üzərində çalışır. Amerikanın Səsinin müxbiri Lesia Bakalets oraya səfər edib və faciədən demək olar qırx il sonra hələ də orada işləyən bir kişinin hekayəsini təqdim edir.

Çernobıl təcrid zonasında səssizliyi eşitmək mümkündür. 38 il öncə burada bütün insan faəliyyəti, demək olar ki, tamamilə dayanıb.

“Çernobıl təcrid zonasında işləmək, ziyarətçilərin də bəzən dediyi kimi, şübhəli bir zövqdür. Ancaq bu, bizim, işçilərin xoşuna gəlir. Bura səssiz və sakitdir,” Çernobıl təcrid zonasının işçisi Volodimir Verbitski deyib.

Volodimir Verbitski zonanı sadəcə olaraq “ev” adlandırır. O, uşaqlığı və gəncliyini burada, indi ruh şəhər olan Pripyatda keçirib.

“Bu, mənim mənzilim idi. Birinci mərtəbədə. Bunlar yataq otağının pəncələridir. Qonaq otağı binanın digər tərəfində idi,” o deyir.

Pripyat Çernobıl atom elektrik stansiyasından iki kilometr aralıda yerləşir.

26 aprel 1986-cı ildə 4 nömrəli reaktor partlayanda, şəhər iki gün ərzində boşaldıldı. Verbitski o zaman atom elektrik stansiyasının gənc mühəndisi idi.

“Həftə sonu idi. Mən gecəyə qədər mətbəxdə oxuyurdum. Gecə 4 radələrində poçt işçisi gəldi və dedi ki, stansiyada nə isə baş verib və mən də səhər işdə olmalıyam.”

Beynəlxalq Atom Enerjisi Agentliyi daha sonra Çernobılıın, agentliyin şkalasına əsasən ən ciddi olan 7-ci dərəcəli böyük fəlakət olduğunu bildirdi.

Hadisədən dərhal sonra 31 nəfər öldü, yanğınsöndürmə və təmizlik işlərində iştirak edən 600 min insan isə yüksək dozada radiasiya aldı.

“Mən sadəcə olaraq gördüm ki, reaktor yoxdur. Biz, müttəxəssislər olaraq, bunun tam bir fəlakət olduğunu başa düşdük.”

Daha sonra Volodimirə hələlik ona stansiyada ehtiyacın olmadığı bildirildi. Beləliklə, o evdə qalıb, yoldaşı və oğluna evakusiya etməyə yardım etdi.

“Bizə dedilər ki, iki-üç günlük şəhəri tərk etməliyik. Daha sonra həkimlər oğlumu yoxladı və radiasiya dozasının yetkin insanlardakı norma ilə müqayisədə ikiqat artıq olduğunu söylədi.”

Verbitski bir ay içində elektrik stansiyasına geri çağırıldı. O, daha bir il orada işləyəndən sonra Çernobıl stansiyası ətrafında 30 kilometlik ərazi olan və radiasiya çirklənməsi səviyyəsinin ən yüksək olduğu təcrid zonasına köçürüldü.

“Ukraynada ilkin dövrdə 96 şəhər və kəndin sakinləri köçürüldü. Təxminən 130-150 min insan evakuasiya edildi.”

Volodimir zonada çirklənmənin hələ də son dərəcə yüksək olduğunu göstərir.

“Görürsünüz? Radiasiya səviyyəsi artır. 1.37 və ya 1.42 mikro sievert Ukraynada icazə verilən normadan 5 dəfə yüksəkdir”

Volodimir zonaya gəlib-getməsinin sayını-hesabını itirib. Ora bu gün də onun iş yeridir.

O, 2022-ci ildə də ruslar tam-miqyaslı hərbi müdaxilənin əvvəlində stansiyanı işğal edəndə ikinci evakuasiyadan sağ çıxıb.

Forum

XS
SM
MD
LG