Accessibility links

Minlərlə insan Ukrayna şəhərlərindən qaça bilib


Minlərlə ukraynalı cümə günü ölkənin əsas yaşayış mərkəzlərində ağır döyüşlərdən qaça biliblər, baxmayaraq ki, əvvəlcədən müəyyən edilmiş bəzi humanitar dəhlizləri açıq saxlamaqda problemlər yaranıb.

Ukraynanın yüksək vəzifəli rəsmisi deyib ki, ümumilikdə 6266 insan zorakılıqdan qaça bilib. Buna mühasirəyə alınan Mariupol şəhərindən 3 mindən çox insan daxildir.

Mariupoldan bu qədər çox mülki vətəndaşın təxliyəsi daha öncə ABŞ müdafiə rəsmilərinin dediyinə görə, Rusiyanın hava və raket hücumlarının “məhv etdiyi” şəhərdən daha çox insanı təxliyyə etmək cəhdinin iflasa uğramasına fonunda həyata keçirilib.

“Razılaşmalar və şərtlər davam etməyi qeyri-mümkün etdiyi üçün avtobuslar və xilasetmə işçiləri ilə şəhərə çatmaq cəhdləri baş tutmayıb,” Beynəlxalq Qırmızı Xaç Komitəsi cümə günü bildirib.

“Əməliyyatın uğurlu olması üçün, tərəflərin razılıqlara hörmət etməsi və lazım olan şərait və təhlükəsizlik zəmanətlərini təmin etməsi vacibdir,” Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyanatında bildirib. “(Komanda) bazar günü yenə mülki vətəndaşların Mariupoldan təhlükəsiz çıxışına imkan yaratmağa çalışacağıq.”

Bundan öncə cümə günü Donetsk bölgəsinin qubernatoru Pavlo Kirilenko Rusiyanı humanitar dəhlizə icazə vermək vədini pozmaqda ittiham edib.

“Rusiya tərəfinin bütün razılaşmalarına və vədlərinə baxmayaraq, humanitar çatdırılmalar həyata keçirilmir,” o, televiziya vasitəsilə yayımlanan çıxışı zamanı bildirib.

Bölgədən gələn məlumatlar onu göstərir ki, çoxu Mariupolu piyada tərk edə bilib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü video müraciətində bildirib ki, Ukrayna ayrıca “yaralanan və bizim öldürülən hərbi personalımız və mülki vətəndaşlarımızın evakuasiyasını” müzakirə edir. O deyib ki, müzakirələr Rusiya ilə arada vasitəçilik edən Türkiyə ilə birlikdə aparılır.

Zelenskinin ofisi cümə günü deyib ki, Rusiya ilə məhbus mübadiləsinin bir hissəsi olaraq Ukraynanın 86 hərbi qulluqçusu sərbəst buraxılıb. Onlar neçə Rusiya əsgərinin sərbəst buraxıldığını bildirməyib.

Ukrayna şəhərləri, o cümlədən paytaxt Kyiv Rusiyanın bu həftənin əvvəli ölkənin şimalında hərbi kampaniyasını de-eskalasiiya edəcəyinə dair vədinə baxmayaraq ağır bombardman altında qalıb.

Kyivin meri Vitali Kliçko cümə günü deyib ki, paytaxtın şimal və şərqində də böyük döyüşlər gedir.

“Kyivdə ölmək riski çox kifayət qədər yüksəksir,” o deyib. “Mənim geri gəlmək istəyən hər kəsə tövsiyyəm odur ki, bir az daha gözləyin.”

Amma Ukrayna və Qərb rəsmiləri həmçinin Ukrayna ordusunun irəliləyiş etdiyinə dair işarələr görüblər, və paytaxtın ətrafındakı ərazilər daxil olmaqla bir çox əsas yerlərdə Ruisya qüvvələrinin geri çəkildiyini bildiriblər.

“Bizim qoşunlar onları həm şimal-qərbdə, həm də şimal-şərqdə qovalayırlar, düşməni Kyivdən uzaqlaşdırırlar,” Zelenskinin siyasi müşaviri Oleksiy Arestoviç deyib.

Britaniya ordunu Ukraynanın bəzi iddialarını təsdiqləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG