Accessibility links

Ukraynanın Odesada Rusiyanın 19 dronunu vurması nəticəsində 3 nəfər yaralanıb


Ukrayna ordusu çərşənbə günü Rusiyanın gecə boyu hücumları zamanı atdığı 20 drondan 19-nu məhv etdiyini bildirib, ancaq rəsmilər düşən qalıqların liman şəhəri Odesada üç nəfəri yaraladığını deyib.

Ordu dronların çoxunun Odesa bölgəsini hədəf aldığını bildirib. Ukraynanın Daxili İşlər Nazirliyi bildirib ki, qalıqlar yaşayış binasına tuş gəlib və qaz kəmərini zədələyib.

Dron hücumundan öncə çərşənbə axşamı baş verən raket hücumları nəticəsində şimal-şərq Xarkiv şəhərində ən azı 17 nəfər yaralanıb.

Xarkiv bölgəsinin qubernatoru Oleh Sınehubov Telegram-da yazıb ki, Rusiyanın iki S-300 raketi şəhərin mrəkəzinə, o cümlədən yaşayış binalarına dəyib.

Xarkivin meri İhor Terekov Telegram-da bildirib ki, raketlər ən azı 10 binaya ziyan vurub və “hərbi infrastrukturun olmadığı yerə və əslində yaşayış yerlərinin olduğu yerə” zərbə vurur.

Odesa bölgəsinin qubernatorunun məlumatına görə, cənubda Odesa şəhərində Rusiyanın dron hücumu nəticəsindən ən azı üç nəfər yaralanıb, bir neçə yaşayış binasına ziyan dəyib.

Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı yeni hesabatında bildirib ki, Rusiyanın hücumları nəticəsində dekabrda Ukraynada mülki şəxslər arasında ölüm halları artıb.

BMT-nin Ukraynada İnsan Hüquqlarının Monitorinqi Missiyası bildirib ki, mülki vətəndaşlar arasında ölüm halları noyabrdan dekabra 26.5 faiz artıb.

ABŞ Dövlət katibi Antoni Blinken Ukrayna prezidenti Vladimir Zelenskini “Ukraynaya güclü, davamlı dəstək” və Bayden administrasiyasının Ukrayna qüvvələrinə hərbi yardımı davam etdirmək əzmində olduğuna əmin edib.

Blinken bunları çərşənbə axşamı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqitsadiyyat Forumu çərçivəsidnə danışıqların başında deyib.

ABŞ -ın baş diplomatı bildirib ki, dəstək ifadəsi Ukraynanın Rusiyanın infrastruktura və mülki şəxslərə təkrar hücumları ilə üzləşdiyi bir vaxta təsadüf edir.

“Və biz bunu hər gün görürük, biz həmçinin Ukrayna xalqının inanılmaz cəsarətini və möhkəmliyini, təhlükəsizlik qüvvələrinizin cəsarətini və möhkəmliyini görürük,” Blinken bildirib.

Zelenski Birləşmiş Ştatlara dəstəyinə, o cümlədən Ukrayna qüvvələrinə ölkəni Rusiyanın dron və raket hücumlarından müdafiə etməsinə kömək etməkdə kritik rol oynayan hava hücumundan müfadiə sistemlərinə görə təşəkkür edib.

Həmin hücumlara Ukraynanın bir neçə şəhərinə zərbələr daxildir ki, hətta vurulan dronlar və raketlər də yerdə ziyan və xəsarətlərə səbəb olub.

Zelenski və digər Ukrayna rəsmiləri ABŞ və Avropa müttəfiqlərini Ukraynanın hava hücumundan müdafiə imknalarını daha da möhkəmləndirməyə çağırıb.

Forum

XS
SM
MD
LG