Accessibility links

Sərt Əzələ Sindromu


Sərt Əzələ Sindromu
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Bir insanı Facebook-da tanış olduğu insan üçün 880 kilometr qaçmağa nə vadar edə bilər?

Vaşinqton mahalında diş həkimi işləyən Tara Zayir 2015-ci ildən bəri gəzdiyi zaman nəfəs darlığı, yorğunluq və dözülməz bel ağrısına nəyin səbəb olduğunu tapmağa çalışırdı. Bu simptomlar onda ərinin ölümündən bir müddət sonra əmələ gəlib. "O hadisədən sonra çox böyük stres yaşadım, uşaqlarım üçün çox narahat idim, onlar da kədərlənir, mən də kədərlənirdim."

Endokrinoloq, psixiatr, revmatoloq, kardioloq da daxil olmaqla, saysız-hesabsız həkimlərlə məsləhətləşdikdən sonra belə o nə baş verdiyini bilmirdi, simptomları isə daha da pisləşirdi.

Nəhayət 2017-ci ildə Zayirə əzələ sərtliyi diaqnozu qoyulub. Bu avto-immun xəstəliyinin bəzi cəhətlərinin də olduğu nadir nevroloji xəstəlikdir. Bu xətəliyin müalicəsi yoxdur və yalnız simptomlar aradan qaldırıla bilər. Bu xəstəlikdən milyonda bir insan əziyyət çəkir. “Diaqnoz qoymaq orta hesabla yeddi il çəkir. Yeddi il! Bu dəhşətdir! Buna səbəb isə ona skleroz, parkinson, psixoloji problemlər kimi səhv diaqnozların qoyulmasıdır” - deyə, Zayir bildirir.

Mayo Klinikasında bir neçə reabilitasiya kursundan keçdikdən sonra Taranın vəziyyəti xeyli yaxşılaşıb.

Avstraliyanın Tasmaniya adasından olan qaçış üzrə idmançı “Tasmaniya Şeytanı“ ləqəbli Şeyn Ceyms bu simptomları yaxşı bilir. O, eyni xəstəlikdən əziyyət çəkir. “Özünüzü yorğun hiss edirsiniz, həftənin yeddi günü ağrı çəkirsiniz, Hər gün bununla yaşayırsınız və bilirsiniz ki, həyatınızın qalan hissəsini bununla yaşayacaqsınız.

Tara bir kitab yazıb və xəstəliyin səbəbini araşdıran qeyri-kommersiya təşkilatı Sərt Əzələ Sindromu Araşdırma Fondunu təsis edib. Təşkilar xəstəliklə bağlı araşdırma aparmaq üçün ianə toplayır. O, Cons Hopkins Universitetində xəstəliklə bağlı ilk araşdırmanı maliyyələşdirmək üçün kifayət qədər vəsait toplaya bilib. “Mənim məqsədim bu yeddi il rəqəminə son qoymaqdır. Bu, insanlara düzgün diaqnoz qoyulması üçündür.”

Ceyms bütün ömrü boyu kiminsə bu sindromu araşdırmağa başlayacağına ümid edib və Tara ilə Facebook vasitəsilə tanış olub. Beləliklə, onun fonduna yardım etmək üçün Tasmaniya boyu 880 kilometr məsafəni qət edərək, sindroma diqqət çəkməyə qərar verib. “Həqiqətən bir seçiminiz var və bu sizin əlinizdədir. Mənim seçimim isə bu lənətə gəlmişlə mübarizə aparmaq idi. Mübarizənin necə çətin olduğunu təsəvvür edə bilməzsiniz, lakin davam edirsiniz.”

Ceymsin 880 kilometr məsafəni qət etməsi üç həftə çəkib və toplanan 20 min dollar sindromla bağlı tədqiqatları maliyyələşdirmək üçün Zayeiin fonduna verilib.

XS
SM
MD
LG