Accessibility links

Tibb elmləri doktoru: Aclıq edən Tofiq Yaqublunun ürəyi qəfil dayana bilər


Tofiq Yaqublu
Tofiq Yaqublu

Bu gün, sentyabrın 11-də tibb elmləri doktoru Adil Qeybulla son on gündə təcridxanada aclıq edən Milli Şura və Müsavat Partiyasınün üzvü Tofiq Yaqublu ilə görüşüb.

Adil Qeybulla bildirirb ki, o, təcridxana rəhbərliyinin müşahidəsi ilə sanitar hissədə Tofiq Yaqublu ilə görüşüb. Həkimin sözlərinə görə, aclığın 2-ci həftəsi insan həyatına təhlükə dövrünün başlanması kimi dəyərləndirilir.

“Aclıq aksiyasında su və duz qəbulu şərtdir. Amma Tofiq Yaqublu uzun müddətdir su və duz qəbul etmir. Biz ona vəziyyəti, bunun onun həyatına təhlükə olduğunu izah etdik. Bu cür aclıqda ürək qəfil dayana bilər. 60-a yaxın yaşı var, bu yaxınlarda əməliyyat olunub, astma xəstəliyi var. Amma o israrla aclığı davam etdirəcəyini bildirdi,” həkim qeyd edib.

Aclıq aksiyasında su və duz qəbulu şərtdir. Amma Tofiq Yaqublu uzun müddətdir su və duz qəbul etmir. Biz ona vəziyyəti, bunun onun həyatına təhlükə olduğunu izah etdik. Bu cür aclıqda ürək qəfil dayana bilər.
Adil Qeybulla, tibb elmləri doktoru

Adil Qeybullanın sözlərinə görə, bundan sonra onun xahişi və sanitar həkimlərin iştirakı ilə bəzi tibbi tədbirlər görülüb.

“Venadaxili, bir litr maye köçürtdük, vitaminlər köçürtdük. Sonra onu öz yerinə yola saldıq. Tofiq Yaqublu aclığı dayandırmadı. Amma mən bir həkim kimi deyirəm ki, vəziyyət çox ciddidir.”

Adil Qeybulla bildirib ki, Tofiq Yaqublu dünən, sentyabrın 10-da özündən gedib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb. Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cu ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

XS
SM
MD
LG