Accessibility links

Astma ilə simptomları eyni olan GERD - Mədə turşuluğu səbəbindən yaranan xəstəlik


Astma ilə simptomları eyni olan GERD - Mədə turşuluğu səbəbindən yaranan xəstəlik
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Astma xəstəliyi ümumiyyətlə ya inqolyator, ya da dərmanla müalicə edilə bilər. Lakin bunların heç birinin işə yaramaması bunun astma xəstəliyi olmaması deməkdir. Tədqiqatçılar astma ilə eyni simptomları olan, amma mədədə başlayan başqa bir xəstəlik aşkar etdiklərini deyir.

On ildən çoxdur ki, Mişel Skeldon astma xəstəliyinə qarşı güclü dərmanlar qəbul edirdi, çünki nəfəs almaq getdikcə çətinləşirdi. “Beş pilləni qalxmaq mənim üçün çox çətin idi, nəfəsim kəsilirdi. Hətta bir müddət mən oksigenlə yaşamalı oldum.”

Yalnız ağır sətəlcəm olduqdan sonra onun həkimi Mişeli qastroenteroloqun yanına göndərdi. Doktor Cefri Kinq: “Biz geri addım atmağa və bu ağ ciyər simptomlarının astma olmadığını deməyə məcbur olduq. Yəni bu, astma deyilmi?”

Təhlillər Mişel Skeldonun mədə turşusunun esafaqusa, yəni ağızla mədəni birləşdirən boruya axdığını göstərdi. Onda astma yox idi. "Bizə astma diaqnozu ilə müraciət edən yəhudiləri burada görmək adi bir haldır. Və biz onları ağciyər müayinəsindən keçirdikdən sonra əslində onlarda ümumiyyətlə astma olmadığını görürük" deyə, doktor Kinq bildirir.

Turşuluğun bir az artıq olması normaldır. Lakin mədə turşusu qida borusuna, oradan da boğazın arxasına keçdikdə, maye hava yoluna axıb ağciyərlərə doğru gedə bilər. Mişel Skeldonun yaşadığı şey, "GERD" adlandırılan mədə-bağırsaq xəstəliyi idi. “Turşuluğun artıq olması bir sıra simptomlara - öskürəyə, nəfəs darlığına, sətəlcəmə səbəb ola builər.”

Artıq çəki və hamiləlik "GERD" üçün risk faktorları arasındadır. Siqaret çəkmək, yağlı və qızarmıç yeməklər yemək, kofe və alkohollu içkilər içmək bu simptomları artıra bilər.

Arıqlamaq və həyat tərzini dəyişməklə "GERD"in qarşısını almaq mümkündür.

Mədədəki turşunun ağ ciyərə çatmaması üçün dərmanlardan istifadə edilir, bəzən də cərahiyyə əməliyyatı olunur. “Əməliyyat olunandan sonra mənim həyatım tamamilə dəyişdi. Öskürəyim dayandı, möcüzə kimi idi.”

Mişel yeni diaqnozun onu rahatlatdığını deyir. “Mənə “səndə astma yoxdur, sənin mədə turşuluğun yüksəkdir” deyəndə, mən özümü bəraət qazanmış kimi hiss etdim.”

Müalicə olunmadığı təqdirdə “GERD” ağ ciyəri zədələyə, hətta qida borusunda xərçəngə səbəb ola bilər.

Şərhlərə bax

XS
SM
MD
LG