Accessibility links

Tibb işçiləri iqlim kampaniyası çərçivəsində ÜST-nin baş qərərgahı qarşısında yürüş keçirib


Tedros Adhanom Ghebreyesus və Doctors for XR qrupunun üzvləri
Tedros Adhanom Ghebreyesus və Doctors for XR qrupunun üzvləri

Ətraf mühitlə bağlı vəziyyətin pisləşməsinin ictimai səhiyyəyə təsirlərindən narahat olan tibb işçiləri şənbə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki baş qərərgahının önündə yürüş keçirərək, səhiyyə orqanlarının iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsini özlərinin əsas prioritetləri etmələrini tələb edib.

“Doctors XR” adlı qrupun ağ geyimli aktivistləri Cenevrədəki Millətlər meydanından ÜST-nin qərargahına yürüş edib və orada ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreysus və təşkilatın Ətraf mühit, iqlim dəyişikliyi və sağlamlıq məsələləri üzrə direktoru Maria Neira ilə görüşüblər.

"Pandemiya sona çatacaq, amma iqlim dəyişikliyi üçün bir peyvənd yoxdur", Tedros binanın qarşısında fəalları salamlayar bildirib. "Artıq həmrəylik içərisində hərəkət etməliyik, gecikmədən hazırlaşaq və qarşısını alaq", o əlavə edib.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis və aktivist qrupun həmtəsisçisi, professor Valeri D'Akremont, Ümumdünya Səhiyyə Təşkilatını "hamının sağlamlığına hörmət edən və həyatını qoruyan dövlət siyasətinin hərəkətverici qüvvəsi və qarantı olmağa" çağırıb.

Fəallar Tedrosa məktub və iqlim dəyişikliyini tədqiq edən alimlər tərəfindən göstərilən ən pis ssenarilərin qarşısını almaq üçün daha geniş bir aksiya çağırış məqsədilə Doctors XR qrupunun simvolu olan böyük bir qum saatı veriblər.

Tedros daha sonra ÜST-nin hər iki tərəfin iqlim böhranına son qoymaq və sağlamlığı qorumaq üçün "həmrəy olduqlarını və hər kəsi qlobal fəaliyyətə çağırdıqlarını" bildirən mesajı retweet edib. "Bunlar ayrılmaz şəkildə bir-birinə bağlıdır", o qeyd edib.

XS
SM
MD
LG