Münsiflər heyətinin bazar ertəsi bildirdiyinə görə, Tibb üzrə Nobel Mükafatı temperatur və toxunma reseptorlarını kəşf etdiyinə görə , ABŞ alimləri David Culius və Ardem Patapotiana layıq görülüb.
"Builki Nobel Mükafatı laureatlarının kəşfləri bizə istinin, soyuğun və mexaniki qüvvənin davranış və dünyaya uyğunlaşmağımıza imkan verən sinir impulslarına təsirini anlamağa imkan verdi" - deyə, Nobel Mükafatının münsiflər heyəti bildirib.
Münsiflər heyəti "Gündəlik həyatımızda bu hissləri normal qəbul edirik. Lakin temperatur və təzyiq sinir impulslarına necə təsir edir? Bu suala Nobel mükafatı laureatları cavab verib" deyib.
10 milyon İsveç kronu (1,1 milyon dollar, bir milyon avro) Nobel Mükafatına layiq görülən San-Fransiskodakı Kaliforniya Universitetinin professoru Culius və Kaliforniyadakı Skripps Araşdırmalar Mərkəzinin professoru Patapotian arasında bölüşdürüləcək.
Ötən il bu mükafat Hepatit-C virusunun kəşfinə görə üç virusoloqa verilib.
2020 mükafatı pandemiya sürətlə artdığı bir vaxt verilsə də, ilk dəfədir ki, seçimlər COVID-19-un kölgəsi altında edilib.
Nobel mövsümü çərşənbə axşamı günü fizika, çərşənbə günü kimya üzrə mükafatlarla ilə davam edəcək. Daha sonra cümə axşamı ədəbiyyat və cümə günü çoxdan gözlənilən sülh mükafatlarının, oktyabrın 11-i isə iqtisadiyyat üzrə mükafatların təqdimatı olacaq.