Accessibility links

Virtual simulyasiyalar tibb bacılarının təhsil almalarında yardım edir


Virtual simulyasiyalar tibb bacılarının təhsil almalarında yardım edir
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Virtual simulyasiyalar tibb bacılarının təhsil almalarında yardım edir

Gerçək xəstələri virtual xəstələr əvəz edir və tibb kursları keçən tələbələrə pandemiya dövründə təhsillərini davam etdirməsinə imkan verir.

Tələbə: "Heç başınız ağrıyırmı?"

Xəstə: "Bəli, oxuduğum zaman ağrıyır."

Tina Cons virtual xəstədir və siz onun tibb bacısısıdır. Yaxşı bir tibb bacısı olmaq üçün əyani xəstəyə olduğu kimi doğru suallar verməlisiniz.

"Söhbətə başlamalısan." - deyə, David Massias bildirir.

"Shadow Health" tibb bacıları və səhiyyə işçiləri üçün virtual təlim simulyasiyasıdır.

Bu yaxınlarda tibbi elmi "Elsevayer" nəşri tərəfindən əldə edilən "Shadow Health" tibb bacılarının xəstələrə dedikləri və ya yazdıqlarına əsaslanır. David Massias Shadow Health-in icraedici direktorudur. "Bu söhbət mexanizmi bir tələbənin danışıq yolu ilə xəstəni müayinə etmə effektivliyini qiymətləndirir."

Lorri Rilko "Fikrimcə, burada ən güclü tərəf avatara sual vermək və onu sizə cavab verməyə məcbur etməyi bacarmaqdır."

Lorri Rilko Corc Vaşinqton Universitetində tibb bacısı tələbələrinə dərs deyir və Shadow Health-in tələbələrin təcrübə ala və özlərinə inamlarını inkişaf etdirə bilmələri üçün təhlükəsiz şərait yaratdığını bildirir. "Onlar hansı sualların və onların necə verilməsini öyrənir, düzgün diaqnoz qoymaq üçün vacib olan məlumatları əldə edirlər."

Virtual simulyasiya real həyatda simptomları olan müxtəlif xəstələr qrupunu əhatə edir. "Ürəyi dinləyə bilər və həqiqi ürək döyüntülərini eşidə billər, göz və qulaqlarına baxa bilərlər" - deyə, Lorri Rilko bildirir.

Shadow Health texnologiyası tələbələrə pandemiya dövründə təhsillərini etibarlı şəkildə davam etdirməyə imkan verir. "Elsevier"in direktoru Brent Qordon: "Yalnız kurs təlimləri üçün deyil, həm də diplomlu tibb bacısı olmaq üçün lazım olan kurs saatlarını almaq üçün imkan verir."

Tibb bacılarına hər zaman olduğundan daha çox ehtiyac duyulduğu bir vaxt, virtual simulyasiyalar onlara təhsil almalarında yardım edir.

XS
SM
MD
LG