Accessibility links

Tibbi bacıları vaksin vurulması görüntüsü yaratdığına görə inzibati qaydada cəzalandırılıb


vaksin
vaksin

Bakı şəhərində vaksinasiya zamanı qanun pozuntusuna yol verdiyinə görə bir nəfər inzibati qaydada həbs edilib, bir nəfər ictimai işə cəlb olunub, bir nəfər isə cərimə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, aprelin 21-də Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesi zamanı tibb bacıları Təbəssüm Kərimova və Südabə Məmmədyarova peyvəndlənmə üçün müraciət etmiş Samir Gözəlovun təklifi əsasında vaksin vurma görüntüsü formalaşdırıb, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınıb və dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib.

Qeyd olunan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə günahlandırılıb.

Xəzər rayon Məhkməməsinin qərarı ilə Samir Gözəlova 30 gün müddətinə inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai iş, Təbəssüm Kərimovaya isə 400 manat cərimə tənbehi tətbiq edilib.

İnzibati qaydada cəzalandırılan şəxslər və onların vəkilləri hələ bu məlumata münasibət bildirməyib.

XS
SM
MD
LG