Accessibility links

Tibbi ekspertiza quduz itin körpə uşağı öldürdüyünü müəyyən edib


Tibbi ekspertiza quduz dinqo cinsli itin körpə uşağı öldürdüyünü müəyyən edib. 32 il bundan əvvəl Avstraliyada valideyinlər tərəfindən qətl versiyası təsdiq edildikdən sonra hadisə qlobal səviyyədə diqqət cəlb edib.

Doqquz həftəlik Azaria Çemberleyn 1980-ci ildə Avstraliyada, səhrada ailə üzvlərinin yanında olduğu bir zaman yoxa çıxır. Valideyinləri daim körpənin dinqo iti tərəfindən qaçırıldığını təkidlə bildirirdi. Lakin o zaman buna bənzər hadisənin qeydə alınmadığına görə bir çox avstraliyalı hadisəinin gerçək olmasına şübhə ilə yanaşmışdı.

Körpənin anası, Lindey Çaberleyn-Kreiqton ömürlük həbsə məhkum edilmiş və qətl ittihamı ləğv edilənə qədər üç il həbsxanada cəza çəkmişdir. Körpənin atası, Maykl Çamberleyn də bəraət qazandırılanadək oxşar ittihamla həbsxanada saxlanmışdı.

Avstraliya ictimayyətində fikir ayrılıqları ilə yanaşı, hadisə beynəlxalq səviyyədə də diqqətə səbəb olmuş və hadisə əsasında aktrisa Merel Stripin iştirakı ilə Hollivudda film də çəkilmişdir.

Bundan başqa hadisəyə dair bir neçə kitab yazıılmış, televiziya seriyalı çəkilmiş, hətta opera da bəstələnmişdir.

XS
SM
MD
LG