Accessibility links

Tibbi-elmi Komitənin sədri: Azərbaycanda COVID-19 üzrə üçüncü dalğanın pik vəziyyəti yaşanır


“Son bir neçə gündə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının təqribən 2200-2500 arasında dəyişməsinin şahidi oluruq. Yəni yoluxma saylarında sanki bir stabilləşmə yaranıb.”

Bu barədə aprelin 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda üçüncü dalğanın pik vəziyyəti yaşanır.

“Çünki yoluxma saylarında gündəlik artımlar demək olar ki, yoxdur. Sanki rəqəmlər bir qədər stabilləşib. Əgər bizim gözləntilərimiz özünü doğrultsa, bundan sonra gündəlik yoluxma sayları artmasa, bir müddətdən sonra yoluxma hallarının azalmasını da müşahidə edə bilərik. Yoluxma saylarının sabitləşməsinin səbəbləri Bakı və böyük şəhərlərdəki məktəblərdə dərslərin yenidən onlayn rejimə keçməsi, üç aydan çoxdur ki, vaksinasiya prosesinin keçirilməsi, yarım milyona qədər vətəndaşın peyvəndin ikinci dozasını da qəbul etməsi və nəticədə müəyyən qədər immunitetin yaranması, vətəndaşların bir qisminin yoluxub sağalması və onlarda da immunitetin formalaşmasıdır,” o belə hesab edir.

Onun sözlərinə görə, koronavirusdan ölüm halları artsa da, rəqəmlər çox yüksəlməyib.

“Bu, yoluxma sayına ekvivalent olan bir prosesdir. Yoluxma faktları çox olanda ölüm halları da çox olur. Faizlə hesablasaq ölüm halı 1-2 faiz təşkil edir. Ümumilikdə dünyada ölüm halları 5 faizə qədərdir. Pandemiya başlayandan görülmüş tədbirlərin nəticəsidir ki, ölkəmizdə ölüm halı 2 faizdən çox olmayıb. Hazırda da həmin göstəricidir.”

Qurbanov bildirib ki, vaksin COVID-19-dan xilas olmaq üçün yeganə vasitədir.

“Azərbaycan vaksinasiyaya erkən başlayan ölkələr sırasındadır. Ölkəmizdə vaksin olunanların sayı 1 milyona yaxınlaşır. Hər kəs bilməlidir ki, heç bir vaksin insanı 100 faiz qorumur. Vaksinasiyadan sonra insanların müəyyən bir qismində, yəni 5-10 faizində xəstələnmə halları ola bilər. Vaksinin əhəmiyyəti odur ki, peyvəndlənən vətəndaşlar yoluxsalar, xəstəliyi yüngül keçirəcəklər, ağırlaşmalar demək olar ki, olmayacaq. Əksəriyyətdə isə ümumiyyətlə yoluxma olmayacaq. Hazırda istifadə edilən vaksinin ikinci dozasının vurulmasından iki həftə keçdikdən sonra peyvənd tam qorumağa başlayır,” o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32224 nəfərdir.

Ötən gün koronavirus (COVID-19) infeksiyasına 2317 yeni yoluxma faktı qeydə alınıb, 2109 nəfər müalicə olunaraq sağalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG