Accessibility links

Ticarət mərkəzinin içində nəhəng canlı palmalar


Hər zaman turistləri təəccübləndirməyi bacaran Nyu York şəhərinin maraq doğuran simvollarından biri də Brookfield Place ticarət mərkəzidir. Daha doğrusu, bu alış-veriş mərkəzinin içində yaşayan canlı palmalar.

Brookfield Place ticarət mərkəzi memar Sezar Pellin tərəfindən 1988-ci ildə inşa edilib. Binanın inşası 60 milyon dollara başa gəlib. Bu məkanın bu qədər baha başa gəlməsinin səbəbi mərmər döşəmələri və pilləkənləri deyil, ticarət mərkəzinin içində əkilən palma ağaclarıdır. Bu ağacların binanın qapalı qış parkı adlı hissəsinə gətizdirilib əkdirilməsi 50 milyon dollara başa gəlib.

2001-ci il 11 sentyabr hadisələri zamanı xeyli xəsarət görən qış parkı bir illik fasilədən sonra yenidən bərpa olunub. 2002-ci ildə fəaliyyəti bərpa olunan parkın açılış marəsimində Amerikanın o zamankı prezidenti Corc Buş iştirak edib.

Ticarət mərkəzində 16 palma ağacı var. Bu ağacların maksimum hündürlüyü 13 metrdir. Qeyd edək ki, bu ağacların ticarət mərkəzindəki ömrü cəmi 10 ildir. 10 ildən sonra tavana yaxınlaşan ağaclar, uzanmağa yerləri olmadığı üçün yavaş-yavaş ölməyə başlayır. Buna görə də, ticarət mərkəzinin landşaft dizaynerləri palmaları kəsib yerli xəstəxanaların həyətinə köçürdür. Beləliklə, hər on ildə bir ticarət mərkəzinə yeni ağaclar əkilir.

Bu palmalar Nyu Yorklular üçün yeniliklərin, müsbət dəyişikliklərin simvoluna çevrilib. 10 il müddətində bu ağacların böyüməsini müşahidə edən yerli sakinlər ağaclarla bağlı xeyli xatirələrə sahibdir. Nəhəng palma ağacları ilin ən soyuq günlərində də insanlara günəşli günləri xatırladır.

İl boyu bu ağacların ətrafında xeyli tədbir keçirilir. Palmaların altında film izləmə günləri təşkil olunur. Bundan başqa bir sıra yarmarkalar, sərgilər keçirilir.

XS
SM
MD
LG