Accessibility links

Mal əti adı altında gətirilən at ətinin idxalı dayandırılıb


Qida Təhlükəsizliyi Agentliyinin xəbərdarlığı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA), “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq, beynəlxalq baytarlıq sertifikatı ilə mal əti adı altında Azərbaycana ixrac edilən 33991,15 kiloqram dondurulmuş at ətinin idxalının qarşısını alıb.

AQTA-nın məlumatına görə, sınaq yoxlama nəticəsində mal əti adı altında gətirilən məhsulun at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.

Qida Təhlükəsizliy Agentliyi bildirir ki, bu istiqamətdə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcəkdir.

XS
SM
MD
LG