İqtisadçı alim Məhəmməd Talıblı Türkiyənin Rusiya ilə ticarət əlaqələrindən və iki ölkənin dollardan imtina edərək milli valyuta ilə sövdələşmə aparmasının mümkünlüyü barədə məqalə ilə çıxış edib. M.Talıblının facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik:
Ərdoğan və Putin arasında mövcud olmuş “soyuq” münasibətlər ABŞ pressinqindən (rəqibi sıxışdırmaq-red) sonra daha da yaxınlaşmağa başladı. Necə deyərlər, diplomatik sular istinməyə başlayıb.
Türkiyənin bu addımı hansı siyasi konfiqurasiyanın yaranmasında yer alması və iqtisadi gözləntilərinin nədən ibarət olması ilə bağlıdır.
İqtisadi gözləntilərdə 2 amil hədəflənməlidir: (1) ticarət dövriyyənin artırılması deyil, məhz Türkiyənin daha çox ixrac etmək üçün yaradılacaq üstün fürsətləri və güzəştləri əldə etmək; (2) Türk lirəsinin dayanıqlığına təsir göstərəcək pul-kredit siyasətini necə təsirləndirmək;
Bütövlükdə götürəndə Ərdoğanın Rusiyaya səfəri Rusiya-Türkiyə iqtisadi əlaqələrinin yaxşılaşması üçün nələr vəd edir? Bu ölkə ilə iqtisadi əməkdaşlığın genişlənməsi qardaş Türkiyəyə nə verə bilər? Bu tipli suallar çoxsaylı insanları maraqlandırır.
Normal bir ildə ortalama olaraq Türkiyənin Rusiyaya 6 mlrd. dollarlıq, Rusiyanın isə Türkiyəyə 25 mlrd. dollarlıq ixracat həyata keçirdiyini aydın görmək olar.
Son illərin sürətli eniş-çıxışlarını istisna etsək, sadə bir hesablama ilə normal bir ildə ortalama olaraq Türkiyənin Rusiyaya 6 mlrd. dollarlıq, Rusiyanın isə Türkiyəyə 25 mlrd. dollarlıq ixracat həyata keçirdiyini aydın görmək olar. Deməli, Türkiyənin ticarətdə 19 mlrd. dollarlıq mənfi saldonun yaranması mövcud olub. Hər iki ölkənin ticarət dövriyyəsinin 31 mlrd. dollarlıq olduğunu nəzərə alanda, məlum olacaq ki, türk lirəsinin dayanıqlığına təsir göstərə bilən cəmi 6 mlrd. dollarlıq ticarət mübadiləsi ola bilər. Ən yaxşı halda bu qədərlik mal və xidmətləri lirəyə bağlamaq olar. Əks halda Rusiya 19 mlrd. dollarlıq lirəni rubla konvertasiya edib nə edəcək?
Deməli, Rusiya ilə iqtisadi əlaqələr Türkiyənin milli valyutası olan lirənin dayanıqlığını təmin edən faktorlar sırasında yer almır.
Rusiya bazarı Türkiyədə istehsal olunan malların realizasiyası üçün mühüm bazar deyil. Türkiyə isə Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları, tikinti materiallları, yüngül sənaye məhsulları (tekstil) satır. Əgər biz Türkiyənin ixracatının strukturuna diqqət etsək, məlum olacaq ki, Türkiyənin ixracatında Rusiya cəmi 1,2 faizlik paya sahibdir. Müqayisə üçün bildirim ki, Rusiya Türkiyənin ixracatçı ölkələri sırasında heç 20-yə də daxil deyil.
Rusiya Türkiyənin ixracatçı ölkələri sırasında heç 20-yə də daxil deyil. Lakin Türkiyənin idxalında Rusiya 3-cü yerdə durur.
Lakin Türkiyənin idxalında Rusiya 3-cü yerdə durur. Bu idxalda dominant sahə təbii qaz sayıla bilər. Belə ki, Rusiyadan Türkiyəyə ildə 14 mlrd. dollarlıq təbii qaz ixrac edilir. Yerdə qalan 5-6 mlrd. dollarlıq ixracını isə qeyri-qaz məhsulları tutur.
Türkiyənin indiki kritik situasiyada proyeksiyalandığı əsas hədəf iqtisadi əlaqələrin yaranması hesabına dollarla gəlir əldə etmək fürsətlərinin yaradılması, siyasi təzyiqləri neytrallaşdırmaq, beynəlxalq maliyyə qurumları ilə münasibətləri normallaşdırmaq, donor imkanları olan subyektləri müəyyənləşdirib intensiv danışıqlara başlamaq olmalıdır.