Accessibility links

Azərbaycan-ABŞ arasında ticarət dövriyyəsi 2 milyard dollardır [Video]


Azərbaycan-ABŞ arasında ticarət dövriyyəsi 2 milyard dollardır
please wait

No media source currently available

0:00 0:04:40 0:00

Bakıda ABŞ və Azərbaycan biznes dairələrinin işgüzar görüşü olub

Noyabrın 19-da Bakı Biznes Mərkəzində Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə işgüzar görüş keçirilib.

Görüşdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və başqa sahələrdə fəaliyyət göstərən yüzə yaxın sahibkar iştirak edib. Tədbir ə ABŞ-ın Baxter, Bloomberg LP, Capstone Turbine, Dow, Honeywell, Globalise, Langan, Miyamoto International, Osisoft, P&G, Thomson Reuters, Turner International, Wayback's Burgers, WSP/Parsons Brinkherhoff şirkətlərinin nümayəndələri qatılıb.

ABŞ-ın Ticarət Missiyası noyabrın 18-dən 20-dək Azərbaycanda səfərdədir. Missiyaya ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli rəhbərlik edir.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 mlrd. dollar artıb.

“ABŞ-dan Azərbaycana idxal əməliyyatları 50% genişlənib”, o qeyd edib.

Nazir müavini deyib ki, indiyədək ABŞ-ın Azərbaycana sərmayə qoyuluşu 10 mlrd. dollar təşkil edir. Bunun 9 mlrd. dolları neft, 1 mlrd. dolları isə qeyri-neft sektorunun payına düşür.

"İqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və ABŞ-ın böyük potensialı mövcuddur. Azərbaycan kosmik peyklərin buraxılması sahəsində Amerika şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin AZAL ABŞ-dan 6 təyyarə alıb", Babayev qeyd edib.

Nazir müavini ölkə iqtisadiyyatının 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü deyib.

“Hazırda tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə nəqletmə vasitəsi olacaq. Eyni zamanda, kənd təsərrüfatı sahəsində böyük potensialımız var. Azərbaycanın kənd təsərrüfatı məhsulları xaricdə brend olaraq tanınır. MDB ölklərinə 300 mln. dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edilib. Mərkəzi Asiyaya şəkər, tərəvəz yağları ixrac edilir".

S.Babayev ABŞ şirkətlərini Azərbaycanın işğal edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmamağa çağırıb.

"Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim üçün ən vacib məsələdir. Bildiyiniz kimi, Ermənistan ərazimizin 20 faizini işğal edib və hazırda xarici şirkətləri işğal edilmiş ərazilərə sərmayə qoymağa təhrik edir. İstərdik ki, Amerika şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz sərmayə qoymaqdan çəkinsinlər", nazir müavini biznesmenlərə müraciət edib.

ABŞ Ticarәt Departamenti katibinin kömәkçisinin müavini Maykl Lalli deyib ki, ABŞ-Azәrbaycan tәrәfdaşlığı öz uğuru ilә seçilir.

“Ötәn il iki ölkә arasında ticarәt dövriyyәsi 2 milyard dollara çatıb və bu daha çox aviasiya, peyk sahәsində əməkdaşlığı әhatә edib. Azәrbaycan vә ABŞ arasında olan iqtisadi münasibәtlәrin hәm dәrinlәşmәsinә, hәm dә genişlәnmәsinә tәkan verәn bir missiyanın rәhbәriyәm. Missiyanın iki әsas mәqsәdi var. Birincisi ondan ibarәtdir ki, iki ölkә arasında iqtisadiyyat vә ticarәt sahәsindә çox vacib potensial var. Missiyamız bu potensialı genişlәndirmәyә səy göstərir. İkincisi, ABŞ şirkәtləri Azәrbaycanda tәrәfdaş tapmağa vә azәrbaycanlılarla birlikdә işlәyәrәk hәm Azәrbaycanda, hәm dә ABŞ-da biznes qurub yeni iş yerlәri yaratmağa çalışırlar”.

ABŞ Ticarәt Departamenti katibinin kömәkçisinin müavininin dediyinə görə, tərəflər arasındakı idxal-ixrac təxminən bərabərdir.

M.Lalli bildirib ki, onun rəhbərlik etdiyi Ticarət Missiyası son 7 ildә ABŞ Ticarәt Departamentindәn olan әn yüksәk sәviyyәli sәfәrdir.

“Bizim heyәt 100-ә yaxın görüşlәr keçirәcәk. Bu görüşlәrdә gәlәcәk hәdәflәr müәyyәn edilәcәk ki, 2016-cı ildә daha böyük nümayәndә heyәti ilә gәlә bilәk", o qeyd edib.

Öz növbəsində, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan jurnalistlərin suallarının cavabında deyib ki, Trans-Adriatik boru kəmərinin (TAP) inşası layihəsi Cənub Qaz Dəhlizinin vacib bir hissəsidir və ABŞ bu mühüm borunun tikintisinə təkan verən dövlət və şirkətləri dəstəkləyir.

XS
SM
MD
LG