Accessibility links

Tiffani şüşələrinin böyük kolleksiyası Nyu-York anbarlarında [Video]


Tiffani şüşələrinin böyük kolleksiyası Nyu-York anbarlarında
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Tiffani şüşələrinin böyük kolleksiyası Nyu-York anbarlarında

250 min rəngarəng əlvan hissələrdən ibarət Tiffani şüşələrinin ən böyük kolleksiyası Nyu-Yorkda Kuinsdə, Lonq Aylənd Sitinin sənaye rayonun adi anbarlarında saxlanılır. Bir çoxlarının fikrincə, bu, vitraj tarixini öz ustalığı ilə dəyişmiş, şüşələrdən rəsm əsərləri yaradan amerikalı rəssam Lui Tiffaninin irsinə verilən yüksək qiymətdir.

Nyu-York-da Kuins-in Lonq Aylend Siti şəhərindəki bu sənaye blokunda adi görünüşlü anbarda qeyri-adi bir xəzinə saxlanılır… Bu, milyonlarla müxtəlif rəngli şüşə lövhələr və hissələr ən böyük Tiffani şüşə kolleksiyası hesab edilir.

Buna dixroik, dalğavarı şüşə deyilir. Adi işıqda bu bir rəng – yaşıl rəng olur. İndi isə bura baxın, işıqlandırdığımız zaman, bu qırmızılı sarı rəngli şüşə olur.

Lindsi Parrott kolleksiyanın icraşı direktoru və kuratorudur.

O bildirir ki, Neyştadt Tiffani Şüşə Arxivinin vacibliyi burada rəngli şüşələrdən ibarət vitraj tarixinin inanılmaz bir hissəsinin sənədləşdirilməsindən ibarətdir. Tiffani bu inanılmaz rənglər və quruluşu, müxtəlif naxışların, şüşələrin müxtəlif şəffaflıqlarını təqdim edərək, vitraj tarixini həqiqətən dəyişdirib. O, şüşədən rəsm əsərləri yaratmaq istəyirdi.

Tiffani şüşəsi öz adını 1878-ci ildən 1933-cü ilə qədər amerikalı sənətçi Lui Komfort Tiffani və dizaynerlər qrupu tərəfindən istehsal edilən xüsusi növ şüşədən alıb. Nyu-Yorkdakı Tiffani emalatxanasında işləyərək, Tiffani rəngli şüşələr, müxtəlif çalarlı şüşəli lampa və vitraj pəncərələrlə məşhur oldu. Neyştadt Kolleksiyası 1969-cu ildə kolleksioner Eqon Neyştadt və 1936-cı ildə ilk Tiffani lampasını tapan həyat yoldashı Hildegard tərəfindən aşkar olunub. 12 dollar 50 sentə alınan bu lampa ömürlük bir marağa gətirib çıxardı.

Lindsi Parrott deyir ki, bu gözəl nərgiz lampası bütün kolleksiyanın başlanğıcı olub. Onlar Tiffani lampaları ilə bağlı olduqca maraqlanmağa başlayıblar. Onlar onun gözəlliyinə heyran olub və həyatlarının qalan hissəsini fenomenal kolleksiya yaratmağa həsr ediblər.

Cütlük 200-dən çox Tiffani lampası toplayıb. Onların hər biri unikaldır. Buraya 1969-cu ildə alınmış və 1937-ci ildə sobalardan istifadə təmamilə dayandırıldıqdan sonra qalmış Tiffani şüşələrinin gizli kolleksiyası da daxildir.

Lindsi Parrott bildirir ki, Tiffani sobaları əvvəllər Kuinsdə Korona şəhərində yerləşdiyindən burada gördüyümüz şüşələrin bir çoxu Nyu-York şəhərində istehsal olunub.

Mantiyanın qırışıqlarını göstərən qat-qat şüşə parçalardan tutmuş, preslənmiş şüşə bəzək əşyaları və lampalar, pəncərələr və mozaikaları bəzəmək üçün nəzərdə tutulan 3D şüşə bəzəkləri rəng, növ və quruluşuna görə ayrılıb. Tiffani Şüşə Arxivinin yerləşdiyi anbar bu ilin sonunda xüsusi aylıq turlar üçün açılacaq və bəzi hissələr Kuinsdə yerləşən muzeydə nümayiş etdirilmək üçün oraya göndəriləcək.

XS
SM
MD
LG