Accessibility links

Tikanlı məftillərin böldüyü 'Xalqlar Dostluğu'


Çertkovo kəndi Rusiyada yerləşir, Melovoye isə Ukraynada. SSRİ-nin dağılmasından öncə bu iki kənd bir yaşayış məntəqəsi olub.

Ukraynanın müstəqillik əldə etdikdən sonra da xeyli müddət yaşayış məntəqəsi bir olaraq qalırdı. Ta Rusiya sərhədçiləri hasar çəkərək insanları sərhəd-keçid məntəqələri ilə ayıranadək...

Gecə-gündüz bizim pəncərələr tikanlı hasara açılır, sanki türmədir.

Valentina Boldıreva yaşadığı Xalqlar Dostluğu küçəsinin qarşı tərəfində yaşayan 76 yaşlı bacısı ilə küçə boyu uzanan tikanlı məftil hasarından danışır. Valentina bacısı Raisa Boldireva ilə Ukrayna sərhəd gözətçisi gələnə qədər danışa bilirlər.

“Gecə-gündüz bizim pəncərələr tikanlı hasara açılır, sanki türmədir. Hərçənd ki, sərhəd 10 kilometr məsafədə olmalıdır. Budur bacım çıxdı, biz onunla necə danışacağıq? Söhbət etməyə belə icazə vermirlər,” Boldıreva deyir.

Tikanlı sərhəd hasarını rus sərhədçilər payızda çəkiblər. İndi sərhəd hasarı iki yaşayış məntəqəsini ayırır. Ukraynadakı Melovoye, Rusiyanın Rostov vilayətindəki Çertkovo yaşayış məntəqələrinin sakinləri bu tikanlı hasarla ayrı düşüblər.

Bu tikanlı sərhəd hasarın məhz 'Xalqlar Dostluğu' küçəsinin mərkəzindən keçməsi isə başqa bir ironiyadır.

Vladimir Putinin rəhbərliyi altında Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçı münaqişəyə start verməsindən sonra Rusiya ilə Ukrayna arasındakı münasibətlər misilsiz dərəcədə pisləşib.
Vladimir Putinin rəhbərliyi altında Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçı münaqişəyə start verməsindən sonra Rusiya ilə Ukrayna arasındakı münasibətlər misilsiz dərəcədə pisləşib.

Hələ yay aylarında insanlar sərbəst şəkildə yolu keçib, bir-birlərinə, qohumlarına qonaq gedərdilər, uşaqarını məktəblərə aparardılar. İndi isə ailələr hasarla ayrılıblar. Sərhəd keçid məntəqəsində isə saatlarla növbədə gözləmək lazımdır.

Bir çoxları ailələrindən ayrılmaqla bərabər, həm də işlərini itirib. İnsanlar buradan köçür.

Anatoliy Pilipey bu sərhəd-keçid məntəqələrinə qızı və nəvələrini görmək üçün hər gün gəlir. O deyir ki, bu kəndin camaatı qarşı tərəfdə işləyərdi, eynən də o kəndin camaatı buraya işə gələrdi. Lakin indi ruslar yolu hasarla ayırıblar.

Hazırda bir çoxları ailələrindən ayrılmaqla bərabər, həm də işlərini itirib. İnsanlar buradan köçür. Hətta 2014-cü ildə Krim yarımadasının ilhaqından və Donbasdakı münaqişələrdən sonra da 'Xalqlar Dostluğu' davam etmişdi.

İndi isə bu tikanlı hasar hər iki yaşayış məntəqəsini türməyə çevirib. Sakinlər tikanlı məftil hasarı arxasında yaşamaq istəmirlər.

XS
SM
MD
LG