Accessibility links

İranın Tkantəpə şəhərinin Faqqılı kənd sakinləri etiraz edir


İranın Qərbi Azərbaycan vilayətində yerləşən Tikantəpə şəhərinin Faqqılı kəndinin sakinləri bir qrup ətraf mühit fəalı ilə birlikdə bu bölgədə mədənçilər tərəfindən ətraf mühitin məhv edilməsinə qarşı etiraz aksiyası təşkil ediblər.

Bölgə sakinləri bu ərazidə mədən işlərinin qanunsuz olduğunu və icazənin qanunsuz yollardan aldındığını iddia edərək, kənd və ətraf mühitə zərər verdiyini düşünürlər.

Əhalinin dediyinə görə, "bu mədəndən istifadə etmək nəticəsində kəndlilərin əkinçilik sahələri, ətraf mühiti və bölgənin tarixi abidələri məhv ediləcək, su ehtiyatları və ətrafdakı bulaqlar quruyacaq".

Tikantəpə əhalisnin bildirdiyinə görə, mədənin əsas sahibi İsfahan sakinidir və bu şəxs bölgənin yerli sakinlərindən birini mədənin sahibi kimi tanıdıb və kənddən bir neçə işsiz gənci bu mədəndə işə alaraq yerli əhali arasında nifaq salmaq, iş yaratmaq bəhanəsi ilə mineral ehtiyatların talan edilməsi və bölgənin ətraf mühitinin məhvi niyyətindədir.

Kəndlilər mədənin bağlanmasını tələb edərək, mədən bağlananandək etirazları davam etdirəcəklərini bildirib.

İran Azərbaycanının Tikantəpə şəhəri Yaxın Şərqin iki böyük qızıl mədəninə və 80 fərqli daş mədəninə sahib olmasına baxmayaraq, İranın ən yoxsul şəhərlərindən biridir.

Tikantəpə şəhəri sakinlərinin dediklərinə görə, bu mədənlərin səhmdarları və sahibləri İranın mərkəzi əyalətlərinin sakinləridir və xam mineralları İranın mərkəzinə köçürməklə bu mədənlərin vergiləri və gəlirlərindən əhali heç nə qazanmır və bütün qazanclar sadəcə hökumətə bağlı olan səhmdarların ciblərinə gedir.

Vətəndaşlar Ruhani hökumətini iş yaratmaq bəhanəsi ilə Tikantəpədə onlarla mədənin işə başlamasına icazə vermək nəticəsində bölgənin əkinçilik yerlərinin məhvi və habelə bölgədə olan sərvətlərin talanması, işsizlik və köçlərin səbəbkarı kimi tanıyır.

Son illər İran Azərbaycanının Sarıcalı, Yolqun Ağac, Qocur, Qara Bulaq, Oğul Bəy, Ərbəşə, Gülə-Gülə, Birincə, Durbaş və Kümmət kəndlərinin əhalisi mədənçilərin fəaliyyətlərinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG