Accessibility links

Qubad İbadoğlu: İnşaat bölməsində tənəzzül daha da dərinləşir


Tikinti
Tikinti

İqtisad elmləri doktoru Qubad İbadoğlu tikinti sektorunda böhranın səbələrindən yazıb. Onun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Azərbaycanın sənaye və ticarət sektorundan sonra üçüncü böyük bölməsi olan tikintidə böhran getdikcə dərinləşir. Bunu rəsmi statistik məlumatlar təsdiq edir. Dövlət Statistika Komitəsinin son açıqlamasına görə bu ilin 1-ci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.

Belə ki, 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır.
Müşahidələr və təhlillər göstərir ki, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalmasıdır.

Rəsmi məlumatlara görə, məhdudlaşdılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən 2 dəfə çox idi. Hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir. Tamamlayıcı və əlavə aksesuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər.

Bununla yanaşı, tikintidəki böhranın mənfi nəticələrindən biri də inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır. Təhlillər göstərir ki, son 1 il ərzindən ən böyük işçi ixtisarı tikinti sektorunda qeydə alınıb. Onun da da başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması və ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur.

Hazırda daha çox regionlarda və hətta Bakı şəhərində də tikinti işlərinin əksəriyyəti dayanıb, işçilər öz hesablarına məzuniyyətə buraxılıb. Odur ki, inşaat sektorunda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə, bu işgüzar fəallığa və işziliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək.

Son aylarda reallaşan Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması yaxşı təşəbbüs olsa da gecikmişdir. Bu agentliyin fəaliyyət konsepsiyası mənzil problemlərinin sosial həlli üzərində köklənsə də hələ bu sahədə əhəmiyyətli dəyişikliklərə imza atılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG