Accessibility links

"TikTok" uğrunda mübarizə və onun fəsadları


TikTok uğrunda mübarizə və onun mümkün fəsadları
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Çin və ABŞ arasında "TikTok" video paylaşma applikasiyasının taleyi uğrunda gedən mübarizə ümumdünya texnologiya sənayesi üçün suallar doğurur. TikTok uğrunda mübarizə qlobal şirkətlər üçün nəyə gətirib çıxara bilər

Bir neçə aydır dünya Çin və ABŞ-ın məşhur "TikTok" tətbiqetməsinin taleyi uğrunda mübarizə apardığını izləyir.

Bu vaxt ABŞ Çin telekommunikasiya nəhəngi olan “Huawei”yi məhdudlaşdırmağa davam edir. Məhz bu ay ABŞ “Huawei”yin digər şirkətlərdən kompüter çipləri almasını çətinləşdirən yeni qaydalar tətbiq edib.

İnformasiya Texnologiyaları və İnnovasiya Fondunun prezidenti Rob Atkinsonun sözlərinə görə, dünyada bizneslər ABŞ və Çinin bir sıra rabitə sənayesindəki qarşıdurmanı izləyir və bunun onlara necə təsir edəcəyini düşünür.

O, həmçinin “TikTok”un məzmun məsləhət şurasında da işləyir və Vaşinqtonun tətbiq etdiyi cəza tədbirlərinin nəticədə dünyanın qalan hissəsindəki şirkətləri iki nəhəng bazar arasında seçim etməyə məcbur edə biləcəyini bildirir.

“Gələcəkdə bu, xarici şirkətləri ABŞ-dan alış-verişi tərəddüdə salacaq, bunun riski mənim üçün çox böyükdür” - deyə, İnformasiya Texnologiyaları və İnnovasiya Fondunun prezidenti Rob Atkinson bildirib.

Şimali Kaliforniya Asiya Cəmiyyətində Frontier Technologiya araşdırma şirkətinin rəhbəri Hiter Evans on illərdir ki, ABŞ-ın Çini daxili bazarına çıxışı məhdudlaşdırmaqda günahlandırdığını və indi, ABŞ-ın bəzi Çin şirkətlərini bazarından qovduğunu - bir çoxlarının təəccübləndirdiyi bir dəyişiklik olduğunu deyir...

“Bu cür nəzarət və ya millətçilik Amerikanın əks qütbündə görünən bir şey oldu. Bu, daha sərt bir məlumat rejiminin başlanğıcı və Amerika iqtisadiyyatında fəaliyyət göstərməyə və qazanmağa çalışan beynəlxalq şirkətlər üçün daha çox maneə yarada bilər” - deyə, Şimali Kaliforniyadakı Asiya İcmasının rəhbəri Hiter Evans qeyd edib.

Çinli şirkətlərin nüfuzunu və təsirini məhdudlaşdırmaqla yanaşı, ABŞ siyasətçiləri başqa bir yanaşma tətbiq edə bilər - ABŞ-ın texnologiyadakı üstünlüyünü qoruduğundan əmin olmaq üçün daha çox araşdırma və inkişafa yatırım etmək. Bunu Stenford Universitetinin Geosiyasi, Texnologiya və İdarəetmə Proqramının direktoru Endryu Qrotto deyir.

“Bir at yarışında ya yarışda rəqiblərinizdən üstün ola bilərsiniz, ya da yarışdan əvvəl atın dizini çökdürə bilərsiniz. Düşünürəm ki, bu, hazırda seçdiyimiz strategiyadır. Ancaq onun əvəzinə öz atlarımızla yarışa necə qatılacağımıza dair aydın bir yanaşmamız yoxdur. Gələcəyə baxdığımız üçün istər tənzimləmə siyasətini, istərsə də araşdırma innovasiyasını təşviq edən hökumətin seçəcəyi uyğun model nədir" - deyə, Stenford Universitetindən Endryu Qrotto qeyd edib.

Çinin texnoloji bir güc mərkəzi olaraq yüksəlişinin davam etməsi, şübhəsiz ki, onu və ABŞ-ı əsas sənayelər üzərində davamlı toqquşma mühitinə salır.

XS
SM
MD
LG