Accessibility links

Milli təhlükəsizlik rəsmiləri TikTok-un istifadəsindən narahatdır


Tiktok
Tiktok

ABŞ ordusunun katibi Rayan Makkartinin sözlərinə görə, demokrat senatorlar istifadəçilərin məlumatlarına yiyələnmə və milli təhlükəsizliklə bağlı narahatlığını bildirdikdən sonra ABŞ ordusu TikTok sosial media platformasına dair dəyərləndirmə aparır.

Amerika Sahibkarlıq İnstitutu düşüncə mərkəzindəki bir tədbirdə Makkarti jurnalistlərə açıqlayıb ki, ABŞ Senatındakı demokratların lideri Çak Şumer məşhur video tətbiqetməni orduda istifadə edən yeniyetmələrin işə götürülməsi zamanı mümkün risklərin araşdırılmasını xahiş edib.

"Milli təhlükəsizlik mütəxəssislərinin TikTok-un istifadəçi məlumatları, o cümlədən istifadəçi məzmunu və danışıqları, IP ünvanları, məkanla bağlı məlumatlar, metadata ilə digər şəxsi məlumatları toplanması və işlənməsinə dair narahatlıqları artıb" - deyə, noyabrın 7-də Şumer Makkartiyə məktubunda qeyd edib.

Şumer bildirib ki, o xüsusilə, yerli şirkətlərə şamil olunan "Çin Kommunist Partiyası tərəfindən nəzarət edilən kəşfiyyat işlərini dəstəkləmək və əməkdaşlıq etmək" kimi Çin qanunlarına görə narahatdır.

ABŞ-dakı Xarici İnvestisiya Komitəsi, TikTok-un sahibi Beijing ByteDance Technology Co.-nun ABŞ sosial media tətbiqetməsi olan Musical.ly-ni 1 milyard dollar qarşılığında alışına dair milli təhlükəsizlik araşdırmasına başlayıb.

TikTok məsələ ilə bağlı şərh vermək tələbini cavablamayıb. Şirkət əvvəllər Çindən müstəqilliyini vurğulamışdı, lakin platformadan istifadə edən ABŞ vətəndaşlarının şəxsi məlumatlarının təhlükəsizliyi və platformadakı məzmunun Pekindən gələn hər hansı bir senzuraya məruz qalıb-qalmaması ilə bağlı Konqresin narahatlığını təmin edə bilməyib.

Noyabrın 5-də bir bloq yazısında TikTok-un ABŞ-dakı baş meneceri Vanessa Pappas şirkətin məlumat mərkəzlərinin "tamamilə Çindən kənarda olduğunu" bildirib. O, ABŞ-dakı istifadəçi məlumatlarının Birləşmiş Ştatlarda saxlanıldığını və ehtiyat yer kimi isə Sinqapurun seçildiyini vurğulayıb. ByteDance Çinin ən sürətlə böyüyən startaplarından biridir. Şirkət bu il TikTok-un ABŞ-dakı 26.5 milyon aktiv istifadəçisinin təxminən 60 faizinin 16-24 yaş arasında olduğunu açıqlayıb.

Çak Şumer bu ilin əvvəlində Rusiyada üz tərtibatı üçün hazırlanan FaceApp foto tətbiqetməsinə beynəlxaq təhlükəsizlik və gizlilik məsələlərinə dair təhqiqatlar üçün Federal Təhqiqatlar Bürosu (FTB) və Federal Ticarət Komissiyasına müraciət etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG