Accessibility links

Reks Tillerson: Koreya yarımadasında gərginlik təhlükəli səviyyəyə yüksəlib


ABŞ dövlət katibi Asiya səfərinin son dayanacağı olan Çindədir. Səfər çərçivəsində Reks Tillerson Şimali Koreyanın mübahisəli nüvə və raket proqramlarını müzakirə edib.

Pekində çinli həmkarı Uanq Yi ilə görüşündən sonra dövlət katibi deyib ki, Koreya yarımadasında gərginlik təhlükəli səviyyəyə yüksəlib.

Tillerson sabah Çin prezidenti ilə görüşməlidir. Müzakirələr Cənubi Çin dənizindəki ərazi iddialarına həsr ediləcək.

ABŞ dövlət katibi Şimali Koreya ilə "strateji səbr siyasətinə" son qoyulduğunu bildirərək, Pxenyana qarşı hərbi əməliyyatların masa üzərində olduğunu deyib.

Dünən Seulda danışan Reks Tillerson bildirib ki, Şimali Koreya təhlükəsiz, iqtisadi baxımdan firavan gələcəyin yeganə yolunun nüvə silahları, ballistik raketlər və kütləvi qırğın silahlarından imtina edilməsi olduğunu başa düşməlidir.

Reks Tillerson Şimali Koreyanın nüvə silahı ilə bağlı 20 il davam edən uğursuz diplomatik danışıqlardan sonra bu məsələyə yeni yanaşmanın gərək olduğunu deyib.

Birləşmiş Ştatların yüksək səviyyəli diplomatı kimi Tillerson ilk dayanacağı olan Yaponiyada deyib ki, onun regiona səfərinin məqsədi Yaponiya, Cənubi Koreya və Çinlə fikir mübadiləsi aparmaqdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG