Accessibility links

Tillerson: İŞİD-ın tamamilə məğlub edilməsi prioritet olaraq qalmalıdır


ABŞ dövlət katibi Reks Tillerson çərşənbə axşamı günü bildirib ki, İŞİD-in İraq və Suriyada bir zamanlar nəzarət etdiyi ərazilərdən sıxışdırılıb çıxarılmasına baxmayaraq, militant qrupun məğlib edilməsi məsələsi bundan sonra da diqqət mərkəzində qalmaqda davam etməlidir.

Tillerson Küveytdə ABŞ-ın 2014-cü ildə İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə yaratdığı koalisiyanın üzvlərinin iştirakı ilə keçirilən konfransda danışıb.

“İŞİD regionda, bizim ölkələrimizdə və dünyanın başqa regionlarında sabitliyə ciddi təhlükə olaraq qalır”, o bildirib.

ABŞ dövlət katibi Reks Tillerson və Misirin xarici işlər naziri Same Şukri Qahirədə birgə mətbuat konfransı zamanı
ABŞ dövlət katibi Reks Tillerson və Misirin xarici işlər naziri Same Şukri Qahirədə birgə mətbuat konfransı zamanı

Tillerson deyib ki, militantlar 2014-cü ildə İraq və Suriyada xilafətin yaradıldığını elan edərkən ələ keçirdikləri ərazilərin 98 faizinə artıq nəzarət etməsə də, hazırda fərqli təhlükələr yaradır.

İŞİD regionda, bizim ölkələrimizdə və dünyanın başqa regionlarında sabitliyə ciddi təhlükə olaraq qalır.
Reks Tillerson

“İŞİD İraq və Suriyada üsyançı hərəkatına çevrilməyə cəhd edir. Əfqanıstan, Filippin, Liviya, Qərbi Afrika və başqa yerlərdə isə onlar özlərinə sığınacaq yaratmaq istəyir”, o bildirib.

Tillerson Birləşmiş Ştatların Suriyanın azad olunmuş ərazilərində yardım göstərilməsi məqsədilə 200 milyon dollarlıq yeni maliyyə vəsaiti ayırdığını elan edib. ABŞ dövlət katibi bu gün İraqın bərpasına dair donorların konfrasında iştirak edib.

Tillerson bu konfranslarda beş ölkəyə səfəri çərçivəsində qatılır. Onun səfərinin ilk dayanacağı Misir olub. ABŞ dövlət katibi səfəri zamanı Türkiyə, İordaniya və Livanda da olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG