Accessibility links

Meksika səfəri zamanı Tillerson mühacirlərin ABŞ-a “nəhəng dəyər” gətirdiyini bildirib


Meksika prezidenti Enrike Pena Nieto və ABŞ dövlət katibi Reks Tillerson

Birləşmiş Ştatlar dövlət katibi Reks Tillerson cümə günü Meksikada mühacirlərin ABŞ-a üçün “nəhəng dəyər” gətirdiyini, lakin ABŞ-da ölkəyə yaşamaq üçün daxil olanların tənzimlənməsi işində “intizam” çatışmazlığı olduduğunu bildirib.

Mexiko şəhərində Meksika xarici işlər katibi Luis Videqaray və Kanada xarici işlər naziri Xristya Friland ilə görüşdən sonra Tillerson müxbirlərə deyib ki, ABŞ uzun illər immiqrasiyaya nəzarət etmək üçün ərzində müəyyən mexanizmlər ortaya qoysa da, daha öncədən yığılan problemləri həll etmək mümkün olmayıb.

Meksika höküməti Trampın qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün divarın tikilməsi və onun məsrəflərini Meksikanın ödəməsi təklifinə dəfələrlə etirazını ifadə edib.

Bu mövzuda fikir ayrılığı Videqarayın ABŞ höküməti ünvanına müsbət ifadələr işlətməyə mane olmayıb. O bildirib ki, Meksika hökümətinin Tramp administrasiyası ilə olan münasibəti, sabiq prezident Barak Obamanın administrasiyası ilə olan münasibətdən daha yaxındır. Videqaray əlavə edib ki, iki ölkə arasında fikir müxtəliflikləri olsa da, onlar birlikdə çalışırlar.

Tillerson həm də, ABŞ-ın Şimali Amerika Azad Ticarət Sazişindən (NAFTA) çıxmaq hədələrini səsləndirdiyi bir zaman Meksika prezidenti Enrike Pena Nieto ilə görüşüb.

Trampın çoxlu sayda amerikalıların iş itirməsinə səbəb olduğunu iddia etdiyi NAFTA, üç tərəfli görüş zamanı müzakirə edilib. Müzakirələrdə enerni inkişafı və narkotik qadağası mövzularına da toxunulub.

Tillersonun Meksikaya gəlişi, onun Latın Amerikasına altı günlük səfərinin ilk dayanacağı idi. Dövlət katibi səfər çərçivəsində Argentina, Peru, Kolumbiyaya baş çəkəcək və 7 fevral tarixində Yamaykada səfərini yekunlaşdıracaq.

XS
SM
MD
LG