Accessibility links

Reks Tillerson: Ukraynanın şərqi və Krımdan qüvvələrini çıxarmasa, Moskvaya qarşı sanksiyalar ləğv edilməyəcək


ABŞ dövlət katibi deyib ki, Amerikanın Ukraynanın şərqi və Krımdan qüvvələrini çıxarmasa, Moskvaya qarşı sanksiyaları ləğv edilməyəcək.

Vyanada danışan Reks Tillerson Rusiyanı hökumət əleyhinə qüvvələrə rəhbərlik etdiyini, onlara təlimlər verdiyini və onlarla çiyin-çiyinə döyüşdüyünü bildirib.

Biz Minsk razılığının bütün şərtlərinə əməl edilməsini tələb edirik

ATƏT-in xarici işlər nazirlərinin görüşü zamanı bildirib ki, biz Minsk razılığının bütün şərtlərinə əməl edilməsini tələb edirik.

"Biz Rusiyanın işğalçılığı və Krımın ilhaqını heç vaxt qəbul etməyəcəyik. Krımın tam nəzarəti Ukraynaya qaytarılmayınca, Krımla əlaqəli sanksiyalar qüvvədə qalacaq" , Tillerson bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə vəziyyətin ağırlığına görə rəsmi Kiyevi günahlandırıb.

Çıxışlarından əvvəl ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada üzbəüz danışıqlarından sonra iki ölkə arasındakı gərginliyi yaradan məsələlərdə hər hansı irəliləyiş əldə edilib-edilmədiyi barədə açıqlama verməyiblər.

ATƏT xarici işlər nazirləri iclasının kuluarlarında keçirilmiş danışıqlardan sonra jurnalistlərin suallarına cavab verən Tillerson deyib:

“Mən spesifik olaraq nə əldə etdiyimizi deməyəcəyəm. Biz irəlilyiş əldə etmişik. Əldə olunan hələki, budur”.

Tillerson əlavə edib: "Bizim dialoqumuz var, əməkdaşlığımız var, amma məsələlərin həlli yoxdur. Bunu bir görüşdə həll etmək olmur”.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı Ukraynada BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razı salmağa çalışır.

Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna hökumət qoşunlarına qarşı döyüşür.

XS
SM
MD
LG