Accessibility links

Tillerson: Rusiya ya əlbir olub, ya da səriştəsiz


ABŞ dövlət katibi Reks Tillerson aprelin 12-də Moskvaya səfər etməyə hazırlaşır. Səfər ABŞ-ın Suriyada mülki əhaliyə qarşı kimyəvi hücuma cavab olaraq Suriya aviabazaya raket zərbərləri endirməsindən bir neçə gün sonraya təsadüf edir. Rusiya ABŞ-ın raket hücumlarını qəzəblə qarşılayıb.

ABŞ rəsmilərinin bildirdiyinə görə, ölkənin baş diplomatı Rusiyanı Suriya prezidenti Bəşar Əl-Əsədə dəstəyin davam etdirilməsi məsələsini yenidən nəzərdən keçirməyə çağıracaq.

ABŞ Müdafiə nazirliyinin bu fotosunda Amerika hərbi hava qüvvələrinin Suriyada aviabazaya qanadlı raketlərlə zərbələr endirməsi göstərilir
ABŞ Müdafiə nazirliyinin bu fotosunda Amerika hərbi hava qüvvələrinin Suriyada aviabazaya qanadlı raketlərlə zərbələr endirməsi göstərilir

Dövlət katibi Tillersonun Moskvaya aprelin 9-dan 11-ə qədər İtaliyada Böyük 7-lərin xarici işlər nazirlərinin görüşündən sonra səfər etməsi planlaşdırılıb.
Ekspertlər bildirir ki, Vaşinqton hərbi əməliyyatdan sonra diplomatik səyləri davam etdirməlidir.

Rusiya ya əlbir olub, ya da sadəcə səriştəsizlik göstərib
Reks Tillerson

Dövlət katibi Tillerson Rusiya ilə bağlı kəskin ifadələr işlədib. Vaşinqton Rusiyanı müttəfiqi olan Suriya prezidenti Bəşar Əl-Əsədi dayandıra bilməməkdə günahlandırır.

"Rusiya ya əlbir olub, ya da sadəcə səriştəsizlik göstərib"-deyə Tillerson bildirib. ABŞ dövlət katibi bununla Kremlin Əsəd hökumətinin İdlibdə çox sayda insanın ölümülə nəticələnmiş kimyəvi hücumunun qarşısını ala bilməməsini nəzərdə tutub.

Suriya hökuməti 2013-cü ildə Rusiya hökumətinin nəzarəti altında kimyəvi silahlarını təslim etməyə razı olmuşdu. Kimyəvi hücumdan öncə Tillerson bildirmişdi ki, Əsədin gələcəyini Suriya xalqı müəyyən edəcək. Hücumdan sonra isə o, Əsəd hökuməti və Rusiyanın ona dəstəyinə hədəf alıb.

ABŞ-ın keçmiş rəsmilərinin bildirdiyinə görə, kimyəvi hücum Tram administrasiyası və Kreml arasında formalaşmaqda olan münasibətlərdə əsas sınaqlardan biri olacaq.

Dövlət Departamenti Vaşinqtonun Moskva ilə praktiki əməkdaşlıq sahələrində işi davam etdirmək istədiyini bildirib. Lakin eyni zamanda, dövlət katibi Tillersonun ABŞ-ın beynəlxalq normaların pozulduğu zaman Rusiyanın məsuliyyətə cəlb edilməsinə işinə sadiq qaldığını aydın şəkildə bəyan edəcəyi gözlənilir.

XS
SM
MD
LG