Accessibility links

ABŞ və Qətər arasında terrorizmlə mübarizəyə dair pakt imzalanıb


ABŞ dövlət katibi Reks Tillerson və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Səni
ABŞ dövlət katibi Reks Tillerson və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Səni

Birləşmiş Ştatlar və Qətər arasında terrorizmlə mübarizə sahəsində anlaşmaya dair memorandum imzalanıb.

ABŞ dövlət katibi Reks Tillerson bu gün Qətərin paytaxtı Dohaya səfəri zamanı anlaşmanın bir neçə həftədir sürən müsakirələrdən sonra imzalandığını deyib.

“Memorandumda iki ölkənin terrorçulara maliyyə axınının dayandırılması və əks-terror fəaliyyətlərinin qlobal səviyyədə aktivləşdirilməsinə dair gələn aylar və illər ərzində atacağı bir sıra addımları nəzərdə tutulur.”

ABŞ dövlət katibi Reks Tillerson və Küveytin xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Həmad Əl-Sabah
ABŞ dövlət katibi Reks Tillerson və Küveytin xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Həmad Əl-Sabah

Tillerson Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Səni ilə Dohada görüş keçirib. Müzakirələrin diqqət mərkəində Qətər və Yaxın Şərqin dörd ölkəsi arasında mübahisələrin həlli məsələsi olub.

Keçən ay Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri regionda terrorizmi dəstəkləməkdə ittiham edərək, Doha ilə diplomatik əlaqələri kəsib və quru, su və havadan blokada edib.

Tillerson daha sonra Qətər və dörd ərəb ölkəsi arasında gərginliyin aradan qaldırılması məqsədilə Körfəz ölkərinə turun sonuncu dayanacağı olan Səudiyyə Ərəbistanına səfər edəcək.

ABŞ dövlət katibi Qətərdən öncə Küveytdə bazar ertəsi günü Küveytin əmiri Şeyx Sabah Əl Əhməd Əl Sabahla görüşüb.

Memorandumda iki ölkənin terrorçulara maliyyə axınının dayandırılması və əks-terror fəaliyyətlərinin qlobal səviyyədə aktivləşdirilməsinə dair gələn aylar və illər ərzində atacağı bir sıra addımları nəzərdə tutulur.
Reks Tillerson

Tillersonun xarici əlaqələr üzrə baş müşaviri R.C. Hammond qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bir nömrəli məqsədin bütün ərəb ölkələrinin terrorizmi maliyyəşləşdirməni dayandırması olduğunu aydın şəkildə bəyan edib. Səudiyyə Ərəbistanına ilk xarici səfərindən sonra Tramp Qətəri terrorizmi yüksək səviyyədə dəstəkləməkdə ittiham edib.

Səudiyyə Ərəbistanı BƏƏ, Bəhreyn və Küveyt Qətərə İranla əlaqələrini kəsməsi və Qətər dövlətinin maliyyələşdirdiyi Əl-Cəzirə tele kanalını bağlaması kimi şərtlər də daxil olmaqla, 13 tələbdən ibarət siyahı təqdim edib.

ABŞ Qətər və dörd ərəb ölkəsi arasında gərginliyin Birləşmiş Ştatların hərbi və əks-terror əməliyyatarına mənfi təsiri ola biləcəyi və İranın regionda nüfuzunun artırılmasına gətirib çıxara biləcəyindən narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG