Accessibility links

ABŞ: Suriyada mülki əhaliyə qarşı kimyəvi hücumlara görə məsuliyyəti nəticədə Rusiya daşıyır


Şərqi Qutada bildirildiyi kimi kimyəvi hücumdan sonra müvəqqəti xəstəxanaya yerləşdirilmiş suriyalı uşaqlar, 22 yanvar, 2018.
Şərqi Qutada bildirildiyi kimi kimyəvi hücumdan sonra müvəqqəti xəstəxanaya yerləşdirilmiş suriyalı uşaqlar, 22 yanvar, 2018.

Birləşmiş Ştatlar NATO müttəfiqlərinə qoşularaq, Suriyada kimyəvi silahlardan istifadə əleyhinə kampaniya çərçivəsinə təzyiqləri gücləndirir. ABŞ eyni zamanda, Rusiyanın Suriya prezidenti Bəşar Əsəd rejimini müdafiə etməsini xüsusi vurğulayıb.

“Şərqi Qutada son hücumlar Suriyada Bəşar Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahlardan istifadə etməyə davam edə biləcəyi ilə bağlı ciddi narahatlıqlar yaradır”, ABŞ dövlət katibi Tillerson Parisdə bildirib.

Tillerson Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan Şərqi Qutada xlor qazı ilə hücum nəticəsində azı 20 nəfərin öldüyünü deyib.

Suriya rejiminin hərbi qüvvələrinin üsyançıların nəzarətində olan Şərqi Quta regionundakı mühasirəyə alınmış Duma şəhərinə atdığı raketin qalıqları, 22 yanvar, 2018.
Suriya rejiminin hərbi qüvvələrinin üsyançıların nəzarətində olan Şərqi Quta regionundakı mühasirəyə alınmış Duma şəhərinə atdığı raketin qalıqları, 22 yanvar, 2018.

O, Rusiyanın Əsəd rejiminə dəstəyini xüsusi qeyd edib.

“Hücumları kim keçirsə də, Şərqi Qutadakı qurbanlar və Rusiya Suriyaya müdaxilə edəndən bəri kimyəvi hücumların hədəfi olmuş çox sayda suriyalı qurbanlara görə son nəhayətdə məsuliyyəti Rusiya daşıyır”, Tillerson bildirib.

O bu açıqlamaları Fransanın xarici işlər naziri Jan-İv Le Drianın kimyəvi hücumlara görə günahkarların məsuliyyətə cəlb olunması təşəbbüsü çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Hücumları kim keçirsə də, Şərqi Qutadakı qurbanlar və Rusiya Suriyaya müdaxilə edəndən bəri kimyəvi hücumların hədəfi olmuş çox sayda suriyalı qurbanlara görə son nəhayətdə məsuliyyəti Rusiya daşıyır.
Reks Tillerson

Tillerson Fransa, Almaniya və Türkiyə xarici işlər nazirləri ilə birlikdə çərşənbə axşamı günü Kimyəi Silahlardan istifadəyə görə Cəzasızlıq Əleyhinə Beynəlxalq Təşəbbüs konfransında iştirak edib. İyirmidən çox ölkənin nümayəndəsi konfransda dünya boyu kimyəvi silahlardan istifadəyə qarşı mübarizə məqsədilə informasiyanın bölüşdürülməsi haqda öz üzərinə siyasi öhdəlik götürüb.

Şərqi Quta regionunda kimyəvi hücumdan sonra müvəqqəti xəstəxanaya yerləşdirilmiş suriyalı, 22 yanvar, 2018.
Şərqi Quta regionunda kimyəvi hücumdan sonra müvəqqəti xəstəxanaya yerləşdirilmiş suriyalı, 22 yanvar, 2018.

ABŞ dövlət katibi qeyd edib ki, Rusiyanın Suriyada kimyəvi silahlar məsələsini həll etməməsi, ölkənin ümumiyyətlə böhranın həlli kimi öhdəliyini sual altına alır.

“Rusiya ən azı bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasında gələcəkdə səsverməni veto etməməli, ya da heç olmasa bitərəf qalmalıdır”, Tillerson bildirib.

Rusiya noyabr ayında BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi hücumlar törədənlərin müəyyən edilməsi məqsədilə yaratdığı müstəqil texniki qrupun mandatının müddətinin yenilənməsinə veto qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG