Accessibility links

ABŞ dövlət katibinin Suriyada kimyəvi silahların davamlı istifadəsi ilə bağlı Rusiyanın məsuliyyətinə dair şərhi


Reks Tillerson

ABŞ dövlət katibi Reks Tillerson yanvarın 23-də yüksək səviyyəli rəsmilər ilə görüşü zamanı Suriyadakı Kimyəvi Silahların davamlı istifadəsi ilə bağlı Rusiyanın məsuliyyətinə dair şərh verib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təqdim etdiyi çıxışı diqqətinizə çatdırırıq.

DÖVLƏT KATİBİ TİLLERSON: Kimyəvi Silahların İstifadəsinin Cəzasız Qalmasına qarşı Beynəlxalq Tərəfdaşlıq Təşəbbüsünün imzalanma mərasiminə ev sahibliyi etdiyi üçün xarici işlər naziri Le Driana (Fransanın xarici işlər naziri-red.) yenidən təşəkkür edirəm.

Bu görüş iki hadisə haqqında idi: kimyəvi silah hücumlarını dayandırmaq və bu cür silahlardan istifadə edən və ya istifadə edənlərə şərait yaradanların cəzadan boyun qaçırmağına qarşı çıxmaq. Bu silahların insanlara nə etməyə qadir olduğunu göstərmək üçün Suriyadakı Şərqi Qutadan uzağa getməyə ehtiyac yoxdur. Yalnız dünən əksəriyyəti uşaqlardan ibarət olmaqla 20-dən çox mülki şəxs xlor qazı hücumunun qurbanı oldu.

Rusiya Şərqi Quta və saysız digər suriyalı qurbanlar ilə bağlı məsuliyyət daşıyır.

Şərqi Qutadakı son hücumlar, Suriyadakı Bəşər Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadəsinin davam edə biləcəyi barədə ciddi narahatlıqlar doğurur. Hücumları təşkil edənin kimliyindən asılı olmayaraq, Rusiyanın Suriya məsələsinə cəlb olunmasından sonra, Rusiya Şərqi Quta və saysız digər suriyalı qurbanlar ilə bağlı məsuliyyət daşıyır.

2013-cü ilin sentyabrında Rusiya Suriyadakı kimyəvi silahların aradan qaldırılmasına dair danışıqlar apardı və razılığa gəldi - ABŞ və Rusiya arasında diplomatik anlaşma, Suriyanın bütün kimyəvi silah ehtiyatlarının təsdiqlənərək məhv edilməsini tələb edir.

Beləliklə, Rusiya suriyalı müttəfiqlərinin kimyəvi silahların istifadəsini dayandırmasını və beynəlxalq nəzarət altında məhv edilmək üçün kimyəvi silah ehtiyatını tamamilə bəyan etməsini təmin etmək üçün öhdəsinə məsuliyyət götürdü.

ABŞ-Rusiya diplomatik çərçivəsində Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcra Şurasının və BMT Təhlükəsizlik Şurasının 2118 saylı qərarı təsdiqləndi.

Bundan əlavə, 2015-ci ilin mart ayında Rusiya BMT Təhlükəsizlik Şurasının 2209 saylı qətnaməsinin qəbul edilməsini dəstəkləyib. Bu, zəhərli, o cümlədən xlorlu kimyəvi maddələrin istifadəçilərinin hesaba çəkilməsini vurğulayır.

Rusiya bu öhdəlikləri yerinə yetirməyib. 2000-ci ildən- 2014-cü ilin aprelinə qədər, Suriyanın qanunsuz olaraq kimyəvi silahlara malik olduğunu və öz xalqına qarşı istifadə etdiyini sübut edən əhəmiyyətli dəlillər var.

KSQT-nın Fakt Araşdırıcı Missiyası, Suriyada xlor qazının da silah kimi istifadəsi daxil olmaqla, kimyəvi silahların istifadə edilməsini təsdiqlədi.

4 aprel zarin hücumu da daxil olmaqla, bu hadisələrin bəziləri daha sonra Suriya üçün BMT Təhlükəsizlik Şurasının 2235 saylı qətnaməsi ilə 2015-ci ilin avqustunda Rusiyanın tam dəstəyi ilə yaradılmış müstəqil ekspertlərin müstəqil qrupu olan KSQT BMT Birgə İstintaq mexanizmi tərəfindən təsbit edilmişdir.

Suriyalı müttəfiqini qoruyan Rusiya, çərçivə təminatçısı olaraq ABŞ-a qarşı öhdəliklərini pozdu.

Suriyalı müttəfiqini qoruyan Rusiya, çərçivə təminatçısı olaraq ABŞ-a qarşı öhdəliklərini pozdu. Kimyəvi Silahlar Konvensiyası və BMT Təhlükəsizlik Şurasının 2218 saylı qətnaməsinə xəyanət etdi və bu hallarda Birləşmiş Təşkilatının Təhlükəsizlik Şurasının birgə araşdırma mexanizmini tətbiq etmək və mandatını davam etdirmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə iki dəfə veto qoydu.

Rusiyanın Suriyadakı kimyəvi silah problemini həll etməməsi ümumi böhrana olan qətnamə ilə əlaqədardır. Mümkün qədər, Rusiya bu məsələ ilə bağlı veto qoymamalı və ən azı Təhlükəsizlik Şurasında gələcəkdə bitərəf olaraq səs verməlidir.

Kimyəvi silahdan istifadə edənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün bu gün 25-ə yaxın eyni fikirli ölkə buradadır. Fransa, Böyük Britaniya, Almaniya, Türkiyə və digərləri bu gün Kimyəvi Silahlar Konvensiyasını və onun bu ağır silahlardan azad bir dünyaya olan baxışını dəstəkləmək üçün buradadırlar.

Biz bu tərəfdaşlıqdan kimyəvi silahların istifadəsi haqqında daha geniş məlumat mübadiləsini asanlaşdırmaq, sanksiyalar, informasiyanın toplanılması, bu cür informasiyaların qorunması və cavabdeh tərəfləri məsuliyyətə cəlb etmək üçün tərəfdaş dövlətlərin imkanlarını gücləndirmək üçün istifadə edəcəyik. Bəşəriyyətə qarşı cinayətlərinizə görə bir gün hesab verəcəksiniz və qurbanlarınız ədalətin bərqərar olduğunu görəcək.

XS
SM
MD
LG