2016-cı il ABŞ seçkiləri dövründə Tramp seçki kampaniyası və Rusiyanın əməkdaşlıq etməsi ilə bağlı suallar dövlət katibi Tellersonu hətta Yeni Zellandiyaya səfəri zamanı izləyirdi.
Tillerson bildirib ki, prezident ondan diqqətini Moskva ilə qarşılıqlı etibarın qurulmasına yönəltməsini tapşırıb.
“Prezident bunu çox aydın bildirib: “İmkan vermə ki, siyasi səhnədə baş verən hadisələr sənə lazımi münasibətlərin qurulmasına mane olsun.” Prezident həm də, lazım olan nəticələr əldə etmək üçün kifayət qədər dəqiq vəzifələr müyyən edib.”
Vaşinqtonda isə Dövlət Departamentinin sözçüsü Hezer Naurt deyib ki, İŞİD-ə qarşı mübarizə ABŞ və Rusiyanın əməkdaşlıq edə biləcəyini sahələrdən biridir.
“Biz hər iki tərəfin əməkdaşlıqda maraqlı olduğu sahələri müəyyən etməyi düşünürük. Amma onu da nəzərdə saxlamalıyıq, Rusiya ilə aramızda mübahisəli olan mövzularda biz öz maraqlarımızı, dəyərlərimizi, tərəfdaşlarımızı müdafiə etməyi davam edəcəyik.”
Lakin, səs-küyə səbəb ola biləcək təhqiqatlar Tillersona Rusiya ilə münasibətlərin yaxşılaşdırmasına çətinliklər yaradacağı ehtimal edilir.
“Mən düşünürəm ki, o, cəhd edə bilər, amma siyasi cəhətdən bu real görünmür. Rusiya ilə bağlı suallar bu administrasiyanı hələ çox narahat edəcək. Onu əlavə etməliyəm ki, bu, həm də administrasiyanın öz səhvidir. Təəssüf ki, Ağ Ev Rusiya ilə bağlı ittihamlara elə cavab verir ki, sanki onlar nəyisə gizlətməyə çalışırlar.”
Pifer əlavə edib ki, ABŞ-Rusiya mübasibətlərində ciddi irəliləyişin baş verməsi Moskvanın Ukrayna siyasətinin dəyişməsindən asılı olacaq.