Accessibility links

Tillerson Pxenyanın tonundakı dəyişikliyi alqışlayır


ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının Təhülkəsizlik Şurasının yeni sanksiyalarına cavab olaraq hədələyici ritorikasını azaltmaq qərarını alqışqlayıb.

Tillerson Pxenyandakı rejimin tonundakı dəyişikliyin dialoq üçün mühit yaradacağına ümid edir.

Dövlət katibinin barışdırıcı sözlərinə baxmayaraq, çərşənbə axşamı Şimali Koreya ABŞ və Cənubi Koreyanın Koreya yarımadasında apardığı hərbi təlimlərə “qarşılıq verəcəyi” barədə xəbərdarlıq edib.

Şimali Koreya ABŞ-Cənubi Koreya təlimlərini Şimali Koreyaya qarşı önləyici zərbələr endirmək üçün hazırlanan “aqressiv müharibə ssenarisi” hesab edir.

XS
SM
MD
LG