Accessibility links

Tillerson Trampla münasibətlərindən arxayındır


ABŞ dövlət katibi Reks Tillerson prezident Donald Trampla münasibətləri ilə bağlı narahatlığın olmadığını deyib. Tillerson bu açıqlamaları Trampın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komini vəzifəsindən azad etməsindən sonra verib.

"Mənim prezidentlə münasibətlərin çox yaxşıdır. Mən onun məqsədlərini başa düşürəm. Onun məqsədləri mənə aydın olmayanda, biz bu haqda söhbət edirik", Tillerson NBC tele kanalının "Mətbuatla görüş" (Meet the Press) proqramında müsahibəsində deyib.

Tillerson deyib ki, Kominin vəzifəsindən azad edilməsi ilə bağlı Vaşinqtonda siyasi debatların onun Trampla münasibətlərinə heç bir təsiri yoxdur.

"Mən heç vaxt öz dəyərlərim məsələsində kompromisə getməyəcəm. Bu, mənim yeganə prinsipimdir. Və mənim dəyərlərim ölkənin dəyərləri nədirsə odur", Tillerson əlavə edib.

Tillersonun açıqlamaları Trampın ABŞ prezidenti kimi ilk xarici səfərinə çıxmağa hazırlaşdığı bir vaxta təsadüf edir. Tramp kral Salmanla danışıqlar aparmaq üçün həftənin cümə günü Səudiyyə Ərəbistanına yola düşür. Regiona səfəri zamanı o, İsraildə baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Danışıqların diqqət mərkəzində Yaxın Şərqdə təhlükəsizlik risklərinin olacağı gözlənilir. Daha sonra Tramp Roma Papası ilə görüşmək üçün Vatikana səfər edəcək və Avropada NATO və Böyük 7-lərin sammitində dünya ölkələrinin liderləri ilə görüşəcək.

Mən heç vaxt öz dəyərlərim məsələsində kompromisə getmyəcəm. Bu, mənim yeganə prinsipimdir. Və mənim dəyərlərim ölkənin dəyərləri nədirsə odur.
Reks Tillerson

"Mən özümü bütünlüklə prezidentin bu məqsədlərə nail olması, onun müvəffəq olması işinə həsr etmişəm. Mən başa düşürəm ki, bu işləri necə gördüyüm, Dövlət Departamentinin fəalilyyələrinin onun ölkəni görmək istədiyi istiqamətdə necə apardığıma görə mən hər gün onun etibarını qazanmalıyam", Tillerson müsahibədə bildirib.

Prezident Tramp cümə axşamı günü Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini vəzifəsindən azad edib. Kominin kənarlaşdırıldığı vaxt müxalif demokrat qanunvericilər və bəzi respublikaçılar Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı xüsusi prokurorun təyin edilməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG