Accessibility links

Reks Tillerson Tramp administrasiyasının diplomatik nailiyyətlərindən söz açıb


ABŞ dövlət katibi bu il Tramp administrasiyasının diplomatik nailiyyətlərindən sğz açıb.

Reks Tillerson deyib ki, Amerikanın Şimali Koreya ilə bağlı Çin və Rusiya ilə bərabər ən büyük təhlükəsizlik məsələsinə dair mövqeyi amerikalılar tərəfindən təşviq edilməlidir.

Tillerson The New York Times qəzetində dərc edilən şəxsi görüşlərinə dair məqaləsində bildirib ki, Tramp səbir strategiyasına son qoyaraq, təzyiq strategiyasını seçib. O, ABŞ-ın Şimali Koreyanı diplomatik və iqtisadi sanksiyalarla cəzalandırdığını bildirib.

Tillerson yazır ki, ABŞ və onun müttəfiqlərinin təzyiqləri Şimali Koreya mallarının ixracını 90 faiz azaldıb. ABŞ dövlət katibi o ölkənin ixraç yolu ilə əldə etdiyi gəlirlərinin qanunsuz silahların inkişafına sərf edildiyini bildirib.

"Ümid edirik ki, beynəlxalq təcrid Pxenyanı ballistik raket və nüvə silahlarından əl çəkməsi ilə bağlı ciddi müzakirələrə cəlb edəcək" , Tillerson yazıb.

O, Çinin də Pxenyana sanksiyalar tətbiq etdiyini desə də, daha artıq iş görülməli olduğunu vurğulayıb.

Tillerson Amerikanın İraq və Suriyada İslam Dövləti ilə mübarizədəki rolunu yüksək qiymətləndirib. O, yeni admnistrasiyanın Cənubi Asiya strategiyasından bəhs edərkən deyib ki, Əfqanıstan terrorçulara sığınacaq ola bilməz.

ABŞ dövlət katibi Amerikanın Pakistanla tərəfdaşlıq yolu ilə terrorizmi məhv edəcəyini yazıb.

Tillerson Rusiyanın Gürcüstan və Ukrayna ərazilərini işğal etdiyinə görə o ölkə ilə münasibələrin pozulduğunu da bildirib.

XS
SM
MD
LG