Accessibility links

ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb


Ukrainian President Petro Poroshenko, left, and U.S. Secretary of State Rex Tillerson shakes hands before a meeting in Kyiv, Sunday, July 9, 2017.
Ukrainian President Petro Poroshenko, left, and U.S. Secretary of State Rex Tillerson shakes hands before a meeting in Kyiv, Sunday, July 9, 2017.

ABŞ Dövlət katibi Reks Tillersonun bildirdiyinə görə, ABŞ Rusiyaya bildirib ki, Ukraynanın şərqində gərginliyin azaldılması üçün ilk addımları Moskva atmalıdır.

Tillerson bu açıqlamanı Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra birgə mətbuat konfransı zamanı verib. Danışıqlar zamanı Ukraynanın şərqində münaqişəyə son qoyulması və Kiyevin islahatların aparılması istiqamətində səyləri müzakirə edilib.

Səfir Kurt Volker
Səfir Kurt Volker

“Tərəflər bu məqsədlərə sadiq qaldığı halda mən əminəm ki, biz inkişafa nail ola bilərik”, Tillerson Minsk razılaşmalarına işarə edərək bildirib. 2015-ci ildə Moskva və Kiyev atəşkəsə dair razılıq əldə etmişdi.

Bundan öncə Tierson ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volkeri Ukraynada münaqişənin nizamlanması üzrə xüsusi nümayəndə təyin edib.

Tillersonla Kiyevə səfər edən Volker həmçinin Ukraynada münaqişə ilə danışıqlarda iştirak edən bütün tərəflərlə müntəzəm olaraq əlaqə saxlayacaq. Normandi formatı kimi tanınan qrupa Almaniya, Fransa, Rusiya və Ukrayna daxildir.

Reks Tillersonun ABŞ və Rusiya arasında etibarın yaradalmasına çalışmasına baxmayaraq, Vaşinqon Moskva ilə Kiyevlə bağlı razılaşmanın əldə edildiyinə dair ehtimalı rədd edib.

Tərəflər bu məqsədlərə sadiq qaldığı halda mən əminəm ki, biz inkişafa nail ola bilərik.
Reks Tillerson

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibəsində bildirib ki, dövlət katibi Tillerson səfəri zamanı Birləşmiş Ştatların Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini, ABŞ-ın Rusiyanın Ukraynada müharibə apardığını qəbul etdiyini və lazımi yardımı təmin etməyə hazır olduğunu aydın şəkildə bildirməlidir.

Ukraynaya səfəri zamanı ABŞ dövlət katibi Kiyev hökuməti və vətəndaş cəmiyyəti üzvləri arasında gənc islahatçılarla görüşü planlaşdırılıb. Vaşinqton Kiyevi Ukraynanın iqtisadi siyasi və hərbi cəhətdən gücləndirilməsinə xidmət edəcək islahatları davam etdirməyə təşviq edir.

Prezident Donald Tramp Ukrayna prezidenti Petro Poroşenkonu Ağ Evdə keçən ay qəbul etmişdi. Bunun ardınca ABŞ-ın Maliyyə nazirliyi Rusiyaya və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılara, habelə onlarla əlaqəsi olan ayrı-ayrı şəxslər və şirkətlərə qarşı əlavə sanksiyalar tətbiq edib.

Sanksiyalar Moskvanın Ukraynanın şərqində Rusiya tərəfdarı üsyançılara dəstəyini davam etdirməsi ilə əlaqədar tətbiq edilib.

XS
SM
MD
LG