Accessibility links

Reks Tillerson: ABŞ Venesuelanın neft sənayesinə qoyulacaq məhdudiyyətləri ciddi nəzərdən keçirib


ABŞ dövlət katibi Reks Tillerson ABŞ-ın Venesuelanın neft sənayesinə böyük məhdudiyyətlər qoyulmasını ciddi nəzərdən keçirdiyini və prezident Donald Trampın bu barədə qərar verəcəyini deyib.

Camaykanın paytaxtı Kinqston onun beş günlük səfərinin son dayanacağıdır. Ölkənin baş naziri ilə bərabər çıxış edən Tillerson deyib ki, ABŞ bu sanksiyaların regiona təsirini nəzərdən keçirəcək.

“Maduro rejiminə daha çox təyziq göstərmək üçün neft və ya məhsul sanksiyalarının tətbiqinə dair ABŞ-ın gələcəkdə atacağı addımlara gəldikdə, biz bunun regiondakı ölkələrə təsirini də tam nəzərdən keçirəcəyik” - deyə, ABŞ dövlət katibi bildirib.

Tillerson eyni zamanda Karib qonşularının təhlükəsizliyi və rifahının Amerikanın təhlükəsizliyi və rifahı ilə sıx bağlı olduğunu qeyd edərək, ABŞ-ın Camaykaya dəstək göstərəcəyini təsdiqləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG