Teylor Svift, jurnalist Qeyl Kinq və futbolçu Məhəmməd Salah Time jurnalının dünyanın 100 ən nüfuzlu adamlarının adlarının açıqladığı illik siyahısındakı şəxslər arasındadır.
Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelozi və ABŞ prezidenti Donald Tramp siyahıda siyasətçilər arasında ən nüfuzlu şəxslər arasında göstərilib.
2016-cı ildə prezident seçkilərində Demokrat partiyasının namizədi və Amerika tarixində prezidentliyə ilk qadın namizəd olan Hillari Klinton spiker Pelozi haqda yazıb ki, “işi görmək məsələsinə gəldikdə çox vaxt qadının tələb edildiyi bir sübutdur”.
Time jurnalının dünyanın ən nüfuzlu insanlarının adlarının açıqladığı ənənəvi buraxılışı siyasət, incəsənət, idman dünyasının tanınmış şəxsləri haqda onların həmkarları tərəfindən yazılmış qısa esselərdən ibarətdir.
ABŞ-ın keçmiş birinci xanımış Mişel Obama, eləcə də ABŞ prezidnti Donald Trampın kampaniyası və Rusiya arasında mümkün əlaqələrə dair təhqiqata rəhbərlik edən xüsusi prokuror Robert Müller də bu il Tima jurnalının siyahısına daxil edilib.