Accessibility links

"Time" jurnalı Volodimir Zelenskini "İlin adamı" elan edib


"Time" jurnalı çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenskini 2022-ci il üçün "İlin adamı" elan edərək, onun ukraynalıları ruhlandırdığını və Rusiyanın dağıdıcı işğalına müqavimətdə göstərdiyi cəsarətə görə qlobal səviyyədə mükafatlar qazandığını bildirib.

Öz illik titulunu təqdim edən nəşr qeyd edib ki, müharibə başlayanda, Rusiya bombalarının yağdığı bir vaxt, Ukraynanın paytaxtı Kyivi tərk etməkdən imtina edən keçmiş komediya aktyoru efirdən müraciət edərək, həmvətənlərini bir araya gətirib və müharibənin dağıtdığı bölgələrə gedib.

Çərşənbə axşamı Zelenski Ukraynanın şərqinə, cəbhə xətti yaxınlığındakı qoşunlarına baş çəkib.

"Zelenskinin müharibə lideri kimi uğuru, cəsarətin yoluxucu olması faktına əsaslanır. Bu, işğalın ilk günlərində Ukraynanın siyasi rəhbərliyində yayıldı, çünki hamı prezidentin yerində qaldığını anladı" - deyə, "Time" 44 yaşlı lider barədə yazıb.

Tesla-nın baş icraçı direktoru Elon Mask 2021-ci ildə "Time" jurnalının "İlin adamı" seçildi. Həmin il onun elektrik avtomobil şirkəti dünyanın ən qiymətli avtomobil istehsalçısı oldu. "Time" bu ənənəyə 1927-ci ildən başlayıb.

XS
SM
MD
LG