Accessibility links

“The New York Times” 2008-ci il yanğınında 60 illik sənət xəzinəsinin sıradan çıxdığını yazır


2008-ci ildə Hollivudun Universal Studios-da yanğının 60 illik tarixi olan əzəvedilməz səs yazılarının sırandan çıxdığı bildirilirdi. Lakin “The New York Times”ın yazdığına görə, Billi Holidey, Lui Armstronq və Dük Ellinqton, 50 Sent, Snup Doqq və Şeril Krou da daxil edilməklə, 21-ci əsrin misilsiz xəzinəsi itirilib.

Erik Klapton
Erik Klapton

Muqisi tənqidçiləri bunu musiqi biznesi tarixində ən böyük fəlakət adlandırıb.

Universal 2008-ci il yanğınında Kinq Konq attraksionu, köhnə filmlərin saxlandığı otağın sıradan çıxdığını bildirmişdi.

Lakin “The New York Times”ın yazdığına görə, yanğın zamanı şirkətin sənədləri, qiymətsiz lent yazıları və disklər sıradan çıxıb. Buna yanğınsöndürənlərin alovla mübarizə məqsədi ilə anbarı sökmələri səbəb olub.

Lakin dəyəri olmayan bəzi yazıların surəti kasetlər, disklər və CD-lərdə saxlanılır.

Ekspertlər əfsanəvi Cudi Qarlend, Binq Krosbi, Con Koltreyn, Areta Franklin kimi müğənnilərin ilk səs yazılarının külə çevrildiyini bildirir.

Baddi Holli, əvəzedilməz Rey Çarlz , B.B. Kinq, Elton Con, Erik Klapton və The Police-in original əsərləri əriyərək, heç olub.

Qəzet surətləri olmayan bəzi əsərlərin də yandığına inanıldığını yazır. Bildirilir ki, Universal şirkəti minimum itki verdiyini bildirməklə, ictimai qəzəb və sənədçilər və onların ailələrinin məhkəmələrindən yayınmağa çalışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG