Accessibility links

Florida ştatında timsah supermarketə girməyə cəhd edib


Amerikanın Florida ştatında supermarket işçiləri mağazanın qapılarını təhlükəli müştərinin üzünə bağlamağa məcbur olub. İki metr uzunluğunda timsah mağazanın qapısınadək gəlib.

Mağazanın girişində dayanan timsah mağaza işçiləri qapıları bağlamayanadək avtomat qapıların açılıb-bağlanmasına səbəb olub.

Mağazaya gələn müştərilər supermarketin girişində dincələn timsahı görərək xəbərdarlıq edib.

Yerli polis zabitləri timsahı mağazanını qarşısından uzaqlaşdırmağa çalışıb. Mağazaya gələn müştərilər onun ətrafına toplaşaraq şəklini çəkib.

Nəhayət timsah yaxınlıqdakı meşəyə üz tutub. Ərazidə axtarış aparan zabitlər timsahın izini tapa bilməyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
XS
SM
MD
LG