Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi İran vətəndaşı Fərəməz Musapurdan çəkisi 22 kiloqramdan artıq olan tiryək aşkar edərək götürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə o, Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində saxlanılıb.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.