Accessibility links

Tixanovskaya ABŞ dövlət katibinin yardımçısı ilə görüşəcək


Belarus müxalifət lideri Svetlana Tixanovskaya
Belarus müxalifət lideri Svetlana Tixanovskaya

Belarus müxalifət lideri Svetlana Tixanovskaya avqustun 24-də Vilnüsdə ABŞ dövlət katibinin müavini Stiven Biqanla görüşəcək. Rəsmi olaraq elan edilən görüş Vaşinqtonun Belarusda seçkilərdən sonra yaranmış münaqişəli vəziyyətinin dinc yolla həllində maraqlı olduğunu əks etdirir.

Tixanovskayanın nümayəndələri şənbə günü avqustun 22-də ABŞ dövlət katibinin müavini Mayk Pompeonun müavininin Belarusda vəziyyət və ikitərəfli və müdafiə məsələlərini müzakirə etmək üçün Litvada Tixanovskaya ilə görüşəcəyini bildiriblər.

Litvadan sonra amerikalı diplomatın Rusiyaya səfər edəcəyi bildirilir.

Belarus prezidenti Aleksandr Lukaşenko avqustun 22-də müdafiə nazirinə onun sözlərilə, “xaricdən” dəstəklənən “rəngli inqilablar” planları qarşısında sərhədi qorumaq üçün qərb istiqamətində ən sərt tədbirlər görməyi əmr edib.

Belarusda artıq ikinci həftədir avqustun 9-da keçirilən mübahisəli seçkilərin nəticələrinə etiraz olaraq nümayişlər davam edir. Nümayiş iştirakçıları ölkəni uzun illərdir idarə edən Lukaşenkonu prezident seçkilərinin nəticələrini saxtalaşdırmaqda günahlandırır.

Belarus seçki rəsmiləri Aleksandr Lukaşenkonun səslərin 80 faizindən çoxunu alaraq, seçkidə qələbə çaldığını, əsas müxalif namizəd Svetlana Tixanovskayanın isə səslərin 9.9 faizini aldığını elan edib.

XS
SM
MD
LG