Accessibility links

Tixanovskaya BMT-ni Belarusda insan haqları pozuntularına son qoymağa çağırıb


Belarus müxalifətinin lideri Svetlana Tixanovksaya bir ay öncə keçriirlən mübahisəli prezident seçkisi nəticəsində minlərlə dinc etirazçının həbs olunmasından sonra cümə günü Birləşmiş Millətlər Təşkilatını ölkəsindəki insan haqları pozuntularını dayandırmağa çağırıb.

“Xalqımızın tələbləri sadədir,” BMT-nin Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasına avqustun 9-da keçirilən seçkinin nəticələri elan olunandan sonra qaçdığı Litvadan video-konfrans vasitəsilə qatılan Tixanovskaya deyib. “Bunlara Rejim tərəfindən şiddət və təhdidlərə son qoyulması, bütün siyasi məhbuslar azadlığa buraxılması, azad və ədalətli seçkinin keçirilməsi daxildir,” o deyib.

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanın baş naziri Mixail Mişustin
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanın baş naziri Mixail Mişustin

Tixanovskaya həmçinin Birləşmiş Millətlər Təşkilatını Belarus təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı ifrat gücdən istifadəsini qınamağa, BMT İnsan Haqları Şurasının xüsusi iclasını təşkil etməyə və vəziyyəti sənədləşdirmək üçün Belarusa beynəlxalq müşahidə missiyasını göndərməyə çağırıb.

O deyib ki, insanların tələblərinin yerinə yetirilməsinə yeganə əngəl var.

“Bu əngəl cənab Lukaşenkodur, hakimiyyətdən yapışan və öz xalqını, öz dövlət rəsmilərini dinləməyi rədd edən insan,” o deyib. “Xalq bir insanın hakimiyyət arzusunun girovu olmamalıdır. Olmayacaq da.”

Prezident Aleksdandr Lukaşenko 26 ildir Belarusda hakimiyyətdədir. O, 80 faiz səslə avqustun 9-da keçirilən seçkinin qalibi elan olunub. Svetlana Tixanovskaya çeçkidə onun əsas rəqibi idi. O prezidentliyə namizədləiyini irəli semrək istəyən həyat yoldaşı, bloger və demokratiya tərəfdarı fəal Sergeyin yerinə seçkidə iştirak emişdi. Sergey may ayında həbs olunub və ona qarşı cinayət işi açılıb. Bu da onun prezidentliyə namizədliyini irəli sürməsinin qarşısını alıb.

Lukaşenko höküməti seçkidən öncəki aylarda və seçkidən sonra etirazçıları təqib edib, onlara qarşı ifrat gücdən istifadə edib. Minlərlə insan həbs olunub, çox sayda insan saxlanılaraq işgəncələrə məruz qalıb. Seçkidən sonrakı üç gün ərzində ölkədə internet kəsilib, nüfuzlu media və vətəndaş cəmiyyəti qruplarının vebsaytları bloklanıb. Xarici jurnalistlərə seçkini işıqlandırmağa icazə verilməyib, bəziləri ölkədən deportasiiya edilib.

Seçki nəticələrinin Lukaşenkonun xeyrinə saxtalaşdırıldığı deyilir. Avropa İttifaqə və Birləşmiş Ştatlar da daxil olmaqla bir çox ölkə seçki nəticələrini rədd edib. Avropa İttifaqı yaxında zorakılıq, repressiya və seçki nəticələrinin saxtalaşdırlmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiya tətbiq edəcək.

Svetlana Tixanovskaya
Svetlana Tixanovskaya

Belarusun üzv olduğu ATƏT hakimiyyətlə müxalifət arasında dialoqa vasitəçilik etmək üçün paytaxt Minskə yüksək səviyyəli nümayəndə heyəti göndərməyi təklif edib. Lukaşenko və onun tərəfarları danışıqlarda iştirak etməyi rədd edib.

Rusiya Lukaşenkonu dəstəkləyir. Rusiyanın BMT-dəki nümayəndəsinin müavini cümə günü Qərb ölkələrini Belarusda “rejim dəyişikliyi” istəməkdə ittiham edib.

Belarusun BMT-dəki səfiri Təhlükəsizlik Şurasını beynəlxaq sülh və təlhükəsizliyə hədə olmadığını iddia etdiyi məsələni müzakirə etməklə səlahiyyətindən sui-isitfadə etməkdə günahlandırıb.

“Belarusun gələcəyini öz xalqı müəyyən edəcək,” səfir Valentin Rıbakov bildirib. “Belarus hakimyyəti heç vaxt xarici müdaxiləyə dözməyəcək,” o əlavə edib.

BMT-nin Belarusda insan haqları üzrə xüsusi məruzəçisi isə insan haqları pozuntularının, ələlxüsus da zorakılığında artmaq riskinin olduğu zaman, beynəlxalq ictimaiyyətin marağında olduğunu iddia edib.

XS
SM
MD
LG