Accessibility links

Tixanovskaya ilə müsahibəni mediada yayımlayan Belarus jurnalisti cinayət məsuliyyətinə cəlb edilə bilər


Müxalifət lideri Svetlana Tixanovskaya ilə müsahibəni media orqanında yayımladığına görə Belarus jurnalisti cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu, Belarus hökumətinin mətbuat azadlığına basqısının daha bir əlamətidir.

Belarus Jurnalistlər Assosiasiyasının (BAZh) aprelin 22-də bildirdiyinə görə, ölkənin qərbindəki Baranoviçi şəhərindəki müstəqil Intex-Press qəzetinin baş redaktoru Vladimer Yanukeviç müsahibə səbəbilə yerli polis idarəsində 4 saat yarım dindirilib.

Assosiasiya aprelin 21-də sorğu-sual zamanı Yanukeviçə "qadağan olunmuş" məlumatların media və internet vasitəsilə yayılması haqqında qanunu pozduğuna görə iki inzibati ittiham irəli sürülüb.

Yanukeviçə eləcə də “Belarus Respublikasının milli təhlükəsizliyini pozmağa yönəlmiş hərəkətlərə çağırmaq” ittihamı ilə cinayət işi qaldırıla biləcəyi barədə xəbərdarlıq edilib. Bu ittihamla təqsirli bilindiyi halda Yanukeviç uzun müddət həbs cəzasına məhkum edilə bilər.

Belarusun müxalifət lideri Svetlana Tsixanovskaya
Belarusun müxalifət lideri Svetlana Tsixanovskaya

Tixanovskaya ilə müsahibə edən jurnalist Lyudmila Styatsko da şahid qismində ifadə vermək üçün polis idarəsinə çağırılıb.

Yanukeviç Belarus Jurnalistlər Assosiasiyasına deyib ki, o və Tixanovskayanın müsahibəsinə görə təzyiqlərə məruz qalan həmkarları vəziyyəti "söz azadlığına təzyiq" kimi qiymətləndirir.

"Biz hər zaman oxuyucularımızın maraqlarını və məlumat almaq hüquqlarını nəzərə alırıq. Müsahibədə hansı sözlərin mövcud qanunları pozduğunu başa düşmürük. Polis bunu mənə izah edə bilmədi. Görünür ittihamlara səbəb məzmun deyil, məhz Tixanovskayadan müsahibə almağımızdır” - deyə, Yanukeviç bildirib.

XS
SM
MD
LG