Accessibility links

Tixanovskaya: Lukaşenkonun qorxutma taktikası insanların qərarını daha da sərtləşdirir


Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya avtoritar lider Aleksandr Lukaşenkonun qorxutma taktikalarının Qərbin saxta adlandırdığı seçkilərin mübahisəli nəticələrinə etiraz edən on minlərlə insanın qərarını yalnız sərtləşdirdiyini söyləyir.

Svetlana Tixanovskaya bu açıqlamaları sentyabrın 14-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Valdimir Putin Soçidə görüş keçirdiyi vaxt "Current Time"mediaya müsahibəsində verib. O, Lukaşenkonu ölkənin adından müqavilələr bağlamaq səlahiyyəti olmayan "qeyri-legitim" lider adlandırıb.

Görüşdən bir gün əvvəl - 13 sentyabr tarixində minlərlə insan aksiya keçirərək Lukaşenkonu istefaya və azad və ədalətli seçkilər keçirməyə çağırıb. Mitinq zamanı 800-ə yaxın nümayişçin nəzarət altına alındığı xəbər verilir. Dinc etirazçılar şiddətli həbslər və işgəncələrə məruz qalıb.

Səslərin 60-70 faizini qazandığını iddia edən Tixanovskaya 13 sentyabrda kütləvi həbslərin danışıqlardan əvvəl Kremlə Lukaşenkonun hələ də ölkə daxilində vəziyyətə nəzarət etdiyini göstərmək üçün keçirildiyini deyib.

"Etirazlar olan yerə çox sayda çevik polisi qüvvəsi göndərmək, ifrat güc nümayiş etdirmək insanları mitinq keçirməmələri üçün qorxutmağa yönəlib. Ancaq artıq bu işə yaramır. İnsanların niyyəti var, insanlar kiminsə hakimiyyəti qəsb etmədiyi yeni bir Belarusda yaşamaq arzusundadır. Buna görə də insanlar dayandırıla bilməz. Çevik polisi qüvvəsi nə qədər vəhşicəsinə davransa, nə qədər çox insan həbsə atılarsa, insanlar buna daha sərt cavab verəcək" - deyə, Svetlana Tixanovskaya Skype-la keçirilən müsahibədə "Current Time"-a bildirib.

Svetlana Tixanovskaya Rusiyanın Belarusa 1,5 milyard dollar məbləğində kredit verməyə razılaşması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, "qeyri-legitim" Lukaşenkonun bağlayacağı hər hansı bir müqavilənin "hüquqi qüvvəsi olmayacaq".

XS
SM
MD
LG