Accessibility links

İbrahim Todaşevi qətlə yetirən Federal Təhqiqatlar Bürosunun agenti bəraət alıb


İbrahim Todaşev
İbrahim Todaşev
ABŞ prokuroru keçən il Boston marafonu zamanı bomba hücumları törətməkdə ittiham edilən Tamerlan Tsarnayevin dostu İbrahim Todaşevə güllə açan Federal Təhqiqatlar Bürosunun agentinə bəraət qazandırıb.

Rəsmilər agentin odlu silahdan özünü müdafiə məqsədil istifadə etdiyi haqda qərar çıxarıb. Çeçen mühacir olan İbrahim Todaşevin keçən il may ayında agentin evində ona hücum etdiyi bildirilir.

Federal Təhqiqatlar Bürosu İbrahim Todaşevin Boston bomba hücumlarını törətməkdə ittiham edilən Tamerlan Tsarnayevlə əlaqələrini sorğu-sual edirdi.

Tamerlan Tsarnayev və onun kiçik qardaşı Cövhər Tsarneyv keçən il aprel ayında Bostonda marafon zamanı üç adamın ölümü, 250 adamın isə yaralanması ilə nəticələnmiş bomba hücumunu həyata keçirməkdə ittiham edilib.

Tamerlan Tsarnayev polislə atışma zamanı ölüb, Cövhər isə həbs edilib və ona qarşı 30 maddə üzrə federal ittihamlar irəli sürülüb. Müqəssir tanınsa o, ölüm hökmü ala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG