Accessibility links

Tofiq Yaqublunun işi üzrə ibtidai istintaq yekunlaşıb


"Tofiq Yaqublu hesab edir ki, o cinayət törətməyib, cinayət ona qarşı törədilib"
"Tofiq Yaqublu hesab edir ki, o cinayət törətməyib, cinayət ona qarşı törədilib"

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə ibtidai istinaqı iyulun 2-də yekunlaşıb.

Bu barədə Amerikanın Səsinə Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Nigar Həzinin sözlərinə görə, bu barədə vəkil Nemət Kərimli ona məlumat verib.

Vəkil bildirib ki, Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında bu qərarı Tofiq Yaqubluya da elan edib.

Tofiq Yaqublu "İlin Cümhuriyyətçisi" seçildi
Tofiq Yaqublu "İlin Cümhuriyyətçisi" seçildi

“Vəkil bildirib ki, bu gün müstəntiq Ramil Əliyev istintaqın yekunlaşdığını elan edib. İş vəkillərin sənədlərlə tanış olmasından sonra məhkəçməyə göndəriləcək,” Həzi bildirib.

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılmasına dair qərardan şikayətə baxıb. Məhkəmə Tofiq Yaqublunun istintaq dövründə həbs müddətinin avqustun 22-nə qədər uzadılması haqda Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yaqublunun qızı Nigar Həzi deyib ki, dövlət ittihamçısı Tofiq Yaqublunun həbsdə saxlanmasını belə əsasladırıb: "O, residiviatdir. Dəfələrlə cinayət törədərək həbsdə olub."

Daxili İşlər Nazirliyinin Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlaması

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Tofiq Yaqublu ittihamları rədd edir

Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır.

Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.

Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb). O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında iştirak etdiyinə görə 30 sutkalıq inzibati həbs olunub. Bu həbs zamanı Tofiq Yaqublu işgəncələrə məruz qaldığını bildirb.

Daxili İşlər Nazirliyi işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG