Accessibility links

Tofiq Yaqublu məhkəməyə çağırılıb


Demokratik Qüvvələrin Milli Şurasının Koodinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu mayın 30-da Abşeron rayon Məhkəməsinə çağırılıb. Bu barədə Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib.

Tofiq Yaqublu: İnizbati cəza verə bilərlər
please wait

No media source currently available

0:00 0:00:49 0:00

O güman edir ki, mayın 28-də Bakının Novxanı kəndində Respublika Günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirmək üçün toplanan zaman polis tərəfindən saxlanılması ilə bağlı məhkəməyə çağırılıb.

Milli Şuranın yürüşünə icazə verilmir ?
please wait

No media source currently available

0:00 0:01:32 0:00

“Yəqin ki, polis inzibati qaydada məhkəməyə iş göndərib. İndi məhkəmə ona baxacaq. Günam edirəm ki, barəmdə ya inzibati həbs seçəcək, ya da cərimə ediləcəm. Məhkəmənin barəmdə bəraət verəcəyinə inanmıram” o, Amerikanın Səsinə bildirib.

Yaqublu məhkəmə barəsində qərar qəbul edərsə yuxarı məhkəmə instansiyasına şikayət verəcəyini bildirib.

“Bu qərar hüquqi nihilizm, özbaşınalıq ola bilər. Bayram günündə durduğum yerdə aparıb polis idarəsində saxlayıblar. İndi də məhkəməyə çağırırlar” , o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG